Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Dövlət xidmətləri rəqəmsal dövrdə! Vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan istifadə.

Ətraflı
video Mask -01

Son xəbərlər

Layihələr

Rəqəmsal icra hakimiyyəti portalı

Rəqəmsal icra hakimiyyəti” portalı – rih.gov.az qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Layihənin ilkin mərhələsində sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonları seçilib. Bu rayonlar Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə təyin edilib.

ASAN Müraciət

“ASAN Müraciət” informasiya sistemi (AMİS) ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi üzrə nəzarətin həyata keçirilməsi məqsədi ilə müvafiq sahə ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini, həmin şikayətlərə baxılması ilə bağlı icraatın və baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir.

MyGov

"myGov” elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb. “myGov” portalının məqsədi reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi təmin edərək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdir.

İcazələrin Alınması və Monitorinqi Sistemi

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən Daxili İşlər Nazirliyi (DİN) birgə əməkdaşlıq əsasında ərsəyə gətirilib. Sistem Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiqi zamanı vətəndaşların fəaliyyət göstərməsi və evdən çıxmalarına dair icazələrin alınması üçün nəzərdə tutulub. 

ASAN Bridge

Rəqəmsal və müasir hökumət konsepti çox böyük miqdarda məlumatın effektiv idarə edilməsini tələb edir. Hər bir dövlət qurumu isə özünə aid məlumatları özündə saxlayaraq onları idarə edir. Lakin,  vətəndaşlara daha yaxşı xidmət edə bilmək üçün müxtəlif qurumlar daim bir-birilərinə lazımi məlumatları ötürməli və bunu təhlükəsiz, eyni zamanda sürətli şəkildə həyata keçirməlidirlər. Məlumat mübadiləsi aləti “ASAN Bridge” sistemi Elektron Hökumət İnformasiya Sisteminin (EHİS-in) inteqrasiya modulu olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, o cümlədən, həmin ehtiyatlar və sistemlər arasında dayanıqlı və təhlükəsiz məlumat mübadiləsini təmin edir.

ASAN Task

“Asan Task” sistemi mürəkkəb strukturlar daxilində işlərin icrasını səmərəli təşkil etmək və bütün növ resursların itkisinin minimuma endirilərək daha yüksək rəqabətə davamlılığı təşkil etmək məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb.  “ASAN Task” sistemindən istifadə müasir idarəetmənin əsas faktorlarından olan planlı, effektiv və koordinasiyalı fəaliyyət göstərməyi təmin edir.

CheckApp

"CheckApp"mobil tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.

ASAN Login

ASAN Login” sistemi dövlət və özəl qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılmış Vahid Giriş Sistemidir. Sistem vasitəsilə istifadəçilər müxtəlif hökumət və qeyri-hökumət portallarında öz şəxsi kabinetlərinə daxil olmaq üçün çoxsaylı istifadəçi adı və şifrələri yadda saxlamaq məcburiyyətində qalmır. Müxtəlif sistemlərdə eyni şəxsin fərqli istifadəçi məlumatlarının yaranmasının qarşısı alınır. Bundan başqa, sistem istifadəçiyə öz səlahiyyətlərini vahid mərkəzdən idarə etməyə imkan verir. “ASAN Login” - vətəndaşların elektron xidmətlərdən istifadəsi üçün yaradılmış sadə, rahat, güvənli Vahid Giriş Qapısıdır.

eGov Portalı

“Elektron hökumət” portalı müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaratmaq məqsədi ilə formalaşdırılmışdır. Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları arasında “bir pəncərə” prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir.

Portal dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir.

ASAN Viza

“ASAN Viza” sistemi Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra əcnəbilər) üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə yaradılıb.