Azərbaycan dili
Çağrı Mərkəzi

TÜRKSAT

Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi nəzdində yaradılmış TÜRKSAT öz peykləri və eləcə də, digər peyklər vasitəsilə hər cür peyk rabitəsini təmin edən Kabel TV və tək peyk operatorudur.

O, rəqəmsal islahatları həyata keçirərək Avropadan Asiyaya qədər uzanan geniş bir ərazidə səs, məlumat, internet, televiziya və radio da daxil olmaqla, e-hökumət əməliyyatları, peyk rabitəsi və yayım xidmətləri vasitəsilə informasiya kommunikasiya texnologiyalarının inkişafı və idarə edilməsi sahəsində fəaliyyət göstərir ki, bu özəlliyi də onu Türkiyənin ən qabaqcıl şirkəti kimi tanınmağına əsas yaradır.

Bundan əlavə, TÜRKSAT e-hökumət portalını informasiya xidmətləri çərçivəsində tənzimləyir və ictimai xidmətlərin elektron şəkildə təqdim edilməsi üçün layihələr həyata keçirir.

Birləşmiş Krallıq Rəqəmsal Hökumət Xidməti (GDS)

Hökumət Rəqəmsal Xidməti (GDS), Hökumət Rəqəmsal Texnologiya üzrə Nazirlər Qrupu və mərkəzi hökumət şöbələrinin rəqəmsal, məlumat və texnologiya rəhbərləri və idarəedici rəhbərliklər tərəfindən idarə olunan Nazirlər Kabinetinin bir hissəsidir. Qurumun əsas məqsədi hökumətin rəqəmsal çevrilməsini təmin etməkdir. GDS hökumət xidmətləri və məlumatlarını tapmaq üçün ən yaxşı yer olan GOV.UK xidmətini həyata keçirir. GOV.Uk portalı 10 həftəlik qısa müddətdə bir alfa kimi fəaliyyətə başlamış və tezliklə milli rəqəmsal infrastrukturun bir hissəsinə çevrilmişdir. Bundan əlavə qeyd etmək olar ki, istifadəçi araşdırmasına və istifadəçi rəyinə cavab olaraq portal həmişə təkmilləşdirilir.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (Türkcə: Türk İşbirliği ve Koordinasyon İdaresi Başkanlığı, TİKA) Türkiyə Baş Nazirliyinin hökumət idarəsidir. TİKA, inkişaf etməkdə olan ölkələrə xüsusilə də, Türk ölkələri və icmalarına xüsusi diqqət göstərməklə inkişaf etməkdə olan ölkələrə rəsmi inkişaf yardımının böyük bir hissəsinin təşkil edilməsindən məsuldur. TİKA əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə 150-dən çox ölkədə, o cümlədən ofislərinin yerləşdiyi ərazilərdə fəaliyyət göstərir. Şirkət TİKA vasitəsilə, Balkan yarımadasından Afrikaya, Yaxın Şərqdən Latın Amerikasına qədər olan ölkələrlə bilik və təcrübə paylaşır.

Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyi (MOIS)

Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyi (MOIS) Dövlət Şurasının ümumi işlərinə, müqavilələrin və nizamnamələrin subordinasiyasına, hökumət təşkilatına, müəyyən edilmiş sayda dövlət məmurlarına, mükafat və təltiflərə, hökumətin yeniliklərinə, inzibati effektivliyinə, e-hökumətə, fərdi məlumatların qorunmasına, hökumət binalarının idarə olunmasına və seçkilərin və referendumların təşkilinə görə məsuliyyət daşıyır. MOIS yerli muxtariyyəti və özünü idarəni təşviq etmək üçün yerli hökumətlərin biznes, maliyyə və vergi sistemini dəstəkləyir və mübahisələrin həllində vasitəçilik edir. Bundan əlavə, MOIS fövqəladə tədbirləri, mülki müdafiə və fəlakətlərin qarşısının alınması kimi təhlükəsizlik və fəlakət idarəçiliyi ilə bağlı siyasətin qurulması, nəzarət edilməsi və tənzimlənməsi üçün məsuliyyət daşıyır.