“Relokasiya proqramı”

Dünyada İKT sahəsinin sürətli inkişafı və bu istiqamətdə rəqabətin artması üçün, ölkə siyasətlərində relokasiya proqramlarının yaradılmasına başlanılıb.

Məhz bu səbəbdən Relokasiya layihəsi 2022-ci ildən etibarən fəaliyyətə başlamışdır. Layihə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yerli ekosistem mühitinin inkişaf startegiyalarına əsasən ərsəyə gəlmişdir. Relokasiya proqramı xarici şirkətlərə bu üstünlükləri təqdim edir:

  • Sürətli və rahat relokasiyanın təşkili
  • Sənədləşmə prossesinin sadələşdirilməsi və aparılmasına dəstək
  • Şirkət əməkdaşlarının yerləşməsi və iş mühitinin təmin olunmasında dəstək
  • Yaşayış və iş icazəsinin alınması prosesində tam dəstək
  • Biznes strukturunun və vençur kapitalı sənayesinin nümayəndələri ilə əməkdaşlığın təmin edilməsi
  • Hüquqi, maliyyə, bank hesabları açılması və digər sənədləşmə işlərində dəstəyin göstərilməsi
  • 24/7 dəstək

Yüksək səviyyəli mütəxəssislər və startaplarda innovativ layihələri ilə relokasiya etdikdən sonra müvafiq şərtlərə cavab verdikləri təqdirdə texnoparka rezidentlik əldə etmək üçün müraciət edə biləcəklər.