“Caucasus Ventures”

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və özəl fərdi investorların iştirakı ilə birgə innovasiya ekosisteminin inkişafı üçün “Caucasus Ventures” vençur fondu təsis edilib.

Fond fəaliyyəti üzrə toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırır. Sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb. “Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq.

Fondun veb-saytında qeydiyyatdan keçərək, startapınız üçün fürsətlərdən yararlana bilərsiniz.