“IDDA Awards”

"IDDA AWARDS" İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin innovasiyalar sahəsində həyata keçirdiyi mükafatandırma mərasimidir. “IDDA Awards” üzrə mükafatlandırma aşağıda qeyd olunan 9 nominasiya üzrə aparılır:

  • "İlin Startapı"
  • "İlin İKT Sahibkarı"
  • "İlin Kəşfi"
  • "Ekosistemin Lokomotivi"
  • "İlin Ekosistem Oyunçusu"
  • "İlin Rəqəmsal Layihəsi"
  • "İlin Texnoloji Mediası"
  • "İlin İnvestoru"
  • "İlin Bacarıq Gücü"

Əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq və bu sahəyə olan marağı artırmaqdır.Müraciət ictimaiyyətə açıqdır. Hər kəs hər bir nominasiya üzrə meyarlara cavab verən məlumatları təqdim etməklə nominasiyada iştirak üçün müraciət edə bilər.