Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

“ASAN Finans”

“ASAN Finans”

“ASAN Finans” sistemi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb.

Layihənin məqsədi Elektron Hökumət İnformasiya Sistemi üzərindən maliyyə və aidiyyatı digər sahələrdən olan təşkilatların dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi, eləcə də xidmətlərin vətəndaşlar üçün daha da əlçatan və rahat olmasıdır.

Hazırda “ASAN Finans” sistemində mövcud olan xidmətlər:

• Şəxsiyyət vəsiqəsinə dair məlumatlar;

• İş yerinə dair məlumatlar;

• Ümumvətəndaş pasportuna dair məlumatlar;

• VÖEN-ə dair məlumatlar;

• Elektron kənd təsərrüfatına dair məlumatlar;

• Miqrasiyaya dair məlumatlar;

• VİN-ə dair məlumatların ötürülməsi;

• Təqaüdə dair məlumatlar;

• QHT-lərə ayrılmış qrantlara dair məlumatlar;

• Ad və soyad məlumatlarının eyniləşdirilməsi;

• Miqrasiya məlumatlarının eyniləşdirilməsi;

55-dən çox qurumun inteqrasiya olunduğu “ASAN Finans” sisteminə müraciət zamanı təşkilatlar tərəfindən kağız sənədlərin istifadəsinə ehtiyac qalmır. Artıq FİN və ya VÖEN-i aidiyyatı qurumun operatoruna təqdim etməklə tələb olunan məlumatları qarşı tərəfə rəqəmsal qaydada ötürmək mümkündür. Məlumatlar yalnız vətəndaşın şəxsi razılığı əsasında ötürülür. Vətəndaşlar “ASAN Finans” vasitəsilə banka getmədən hesab açmaq, kredit üçün müraciət etmək, sənədləri elektron formatda imzalamaq və kredit əldə etmək imkanlarına malikdirlər.

Vətəndaşların əldə etdiyi üstünlüklər

• Kağız daşıyıcılardan istifadənin minimuma endirilməsi;

• Bank və sığorta xidmətlərinin daha sürətli və şəffaf şəkildə əldə edilməsi;

• Bank xidmətlərinə 7/24 rejimdə elektron müraciət imkanının yaradılması;

Sistem, həmçinin maliyyə qurumlarının da müvafiq məlumatlara daha rahat və operativ çıxışını təmin edir. Belə ki, qurumlar vətəndaşın icazəsi ilə “ASAN Finans” sistemi vasitəsilə müvafiq informasiyanı rahatlıqla əldə edə bilirlər. Bununla da qurumlar vaxta və resurslara qənaət edir.

Sistemə inteqrasiya olunan qurumların əldə etdiyi üstünlüklər:

• FİN və VÖEN vasitəsilə məlumatların rəqəmsal formatda əldə edilməsi;

• Analiz və təhlillərin daha sürətli aparılması;

• Rəqəmsal bankçılığın inkişafının sürətləndirilməsi;

• Müştəri məmnunluğunun artırılması;

• Qısa vaxt ərzində daha çox vətəndaş qəbulunun təmin edilməsi;

• Fiziki və maddi resurslara qənaət.

“ASAN Finans” banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, turizm şirkətləri, hissə-hissə satış edən şirkətlər, eləcə də müştərilərlə işləyən bir çox sahələr üçün məlumatların rəqəmsal formatda əldə edilməsi, müştəri məmnuniyyətinin qazanılması, zamana və biznes resurslarına qənaət edilməsi üçün yaradılan unikal sistemdir.

“ASAN Finans” sisteminə qoşulmaq üçün: Tel: 012 444 74 44 (dax. 3137)