“Nüvə Tədqiqatları Departamenti”

Azərbaycan Respublikasında nüvə elmləri və nüvə texnologiyaları sahəsində icraçı dövlət qurumu kimi yaranıb. Agentliyin Nüvə Tədqiqatları Departamenti aşağıdakı istiqamətlərdə dövlət qurumlarına və özəl şirkətlərə ödənişli əsaslarla xidmət göstərilir:

  • Radiasiya texnologiyasının tətbiqi ilə sterilizasiya xidməti
  • Müxtəlif təyinatlı məhsullarda radioaktiv maddələrin analizi üzrə xidmətlər
  • Aidiyyəti dövlət qurumlarına nüvə və radioaktiv materialının ekspertizası üzrə xidmətlər
  • Nüvə və radiasiya elmləri üzrə kadr hazırlığı 

● Strateji hədəflər

  • Nüvə və radioaktiv materialının analizi və ekspertizası üzrə xidmətlərin göstərilməsi
  • Bu sahədə yüksək ixtisaslı kadr potensialının saxlanılması və inkişaf etdirilməsi
  • Nüvə texnologiyaları sahəsində kompleks tədbirləri həyata keçirən əsas icraçı qurum olmaq
  • Nüvə texnologiyaları sahəsində maddi-texniki bazanın layihələr, qrantlar və daxili imkanlar hesabına genişləndirilməsi
  • Tədqiqatlarımızın, həmçinin xidmətimizin keyfiyyət göstəricilərinin daim yüksəlməsini təmin edərək ölkəmizdə və regionda tibbi radioizotop istehsalçısına çevrilmək