
Son xəbərlər


“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib

EHİM banklar və sığorta şirkətləri ilə görüş keçirib

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı 500.000-i ötüb

Özbəkistan səfirinin müavini EHİM-də olub

EHİM beynəlxalq rəqəmsal sammitdə iştirak edib

Fəaliyyətinin 3 ilində EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

EHİM Süni İntellekt üzrə Komitənin 4-cü plenar iclasında iştirak edib

“myGov” portalının mobil tətbiqi istifadəyə verilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib
Fəaliyyət istiqamətləri



Layihələr









MyGov
“myGov” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb.
“myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalında (www.my.gov.az) olan şəxsi kabinetlərində dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.
İcazələrin Alınması və Monitorinqi Sistemi
ASAN Bridge
ASAN Task
ASAN Login
“ASAN Login” sistemi dövlət və özəl qurumlar tərəfindən
göstərilən elektron xidmətlərdən istifadə etmək üçün Elektron Hökumətin
İnkişafı Mərkəzi tərəfindən yaradılmış Vahid Giriş Sistemidir. Yeni e-Gov
infrastrukturunun əsas hissələrindən biri olan bu sistem vasitəsi ilə istifadəçilər
bir yerdən qeydiyyatdan keçməklə bütün digər inteqrasiya olunmuş portalların
xidmətlərindən asanlıqla yararlana bilirlər.
eGov Portalı
“Elektron
hökumət” portalı müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət
qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara,
hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaratmaq məqsədi ilə formalaşdırılmışdır.
Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları
arasında “bir pəncərə” prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma
üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir.
Portal dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim
olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının
portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış
sistemləri, reyestrlər və digər informasiya resursları) qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir.
ASAN Viza
ASAN Finans
“ASAN Finans” layihəsi maliyyə təşkilatlarının dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb.
Sistemin məqsədi:
· Elektron Hökumət Portalı üzərindən maliyyə xidmətləri üzrə vahid elektron məkanın;
· Maliyyə xidməti göstərən qurumların dövlət informasiya ehtiyatları və sistemlərinə elektron çıxış platformasının yaradılmasıdır.
Asan Ödəniş
Çoxfunksiyalı “ASAN ödəniş”
sistemi müxtəlif istiqamətlərdə ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə
həyata keçirmək imkanı yaradır. 289-dan çox qurumun müxtəlif istiqamətlərdə xidmət üzrə ödənişlərini “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, eləcə də sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsilə heç bir məhdudiyyət olmadan 24/7 etmək mümkündür.
ASAN Indeks
Qiymətləndirmə nəticələri barədə arayış hər ilin sentyabr ayınadək xidmət təminatçılarına təqdim olunur və “ASAN xidmət indeksi” üzrə qiymətlər ictimaiyyətə açıqlanır. Qeyd olunan təklif və çatışmazlıqlar üzərində növbəti qiymətləndirmə ilinə qədər təkmilləşdirmə aparılır.
Birinci 2016-2017-ci hesabat ilində pilot layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarının 178 xidməti və Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının 234 xidməti daxil olmaqla ümumilikdə 412 xidmət qiymətləndirilib.







