İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatlar Departamentində Sabah Qrupları tələbələri üçün məlumatlandırıcı infosessiya keçirilib

alarm Created with Sketch. 04-07-2023

25 iyun 2023-cü il tarixində İnnovasiya Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatlar Departamentində (İRİA NTD) Bakı Dövlət Universitetinin Sabah Qrupları tələbələri üçün nüvə və radiasiya texnologiyaları üzrə məlumatlandırcı infosessiya keçirilmişdir.

İnfosesiyanın məqsədi Azərbaycanda İRİA NTD-nin nüvə elmləri və radiasiya texnologiyalarının tətbiq olunduğu sahələr və bu istiqamətdə istifadə olunan analitik metodlar, cihazlar haqqında tələbələrə məlumat vermək və tələbələrə nüvə texnologiyalarına aid müasir analitik cihazlarla yaxından təmasını təşkil etməklə radiofobiyanı azaltmaq olmuşdur.

Məlumatlandırcı infosessiyada Bakı Dövlət Universit etindən 16, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 2, Elm və Təhsil Nazirliyinin radiasiya Problemləri İnstitutundan 2 tələbə iştirak etmişdir.

Məlumatlandırcı infosessiyada tələbələrə İRİA NTD-nin fəaliyyət isiqamətləri, ölkəmizdə və beynəlxalq kolloborasiyalarda həyata keçirdiyi layihələr, işğaldan azad olmuş ərazilərdə hə yata keçirdiyi radioloji, radioekoloji elmi tədqiqat işləri üzrə ətraflı məlumatlar verilmişdir. Avropa Komissiyası və ABŞ Enerji departamentinin malliyə dəstəyi ilə Ukrayna Elm və Texnologiya Mərkəzinin layihəsi çərçivəsində Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın elm fakültələrinin yuxarı kurs tələbələri üçün İRİA NTD və Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutu ilə birgə İRİA NTD-də 13-15 sentyabr 2023-cü il tarixlərində təşkil edəcək Nüvə Məhkəmə Ekspertizası üzrə Yay Məktəbi haqqında infosessiyada iştirak edən tələbələrə məlumat verilmişdir. Tələbələrin iştirakları təşviq edilmişdir.

Tələbələr İRİA NTD-nin şöbə və labotaroriyalarında tətbiq olunan nüvə və radiasiya texnologiyaları üzrə həm nəzəri bilikləri, həmdə praktiki məlumatları əhatə edən aşağıdakı təqdimatlar edilmişdir. SƏTƏM və Radiasiya təhlükəsizliyi qaydaları İRİA NTD fəaliyyəti üzrə məlumat Nüvə və radioaktiv materialların aşkarlanması və analizi Nüvə Kriminalistikası Müasir Nüvə spektral analitik ölçü metodları və innovativ cihazlarla tanışlıq Radiasiya texnologiyaları və Qamma Sterilizasiya Qurğusu ilə tanışlıq İnnovativ Praktiki Məşqlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qayda və tövsiyyələri Məlumatlandırcı infosessiyaya rəyin öyrənilməsi Tələbələrin İRİA NTD-nin nüvə və radioaktiv maddələrin analizi üzrə labotaroriyalarına və Sterilizasiya məqsədli Qamma Şüalandırma Qurğusuna ekskursiyası təşkil edilmişdir.

Tələbələr məlumatlandırcı infosessiya zamanı Nüvə tədqiqatları departamentinin nüvə mütəxəssislərinin bələdçiliyi ilə radioaktiv materialların axtarışı, yerinin tapılması və radioizotop tərkibinin identifikasiyası üzrə cihazlar istifadə etməklə praktik çalışmalara cəlb ediliblər. Sonda tələbələrin ökləmizdə nüvə və radiasiya texnologiyaları istiqamətləri üzrə işlərdə işləmək istəklərinə maraqları və habelə məlumatlandırcı infosessiya dair rəyləri interaktiv sorğusu ilə öyrənilmişdir.