“Coders Caravan” layihəsinin məzun günü baş tutub

alarm Created with Sketch. 31-08-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramının, “Coders Azerbaijan” tədris mərkəzinin, USAID, “Qara Dəniz” Əməkdaşlıq Fondunun birgə sosial layihəsi olan “Coders Caravan”ın buraxılış mərasimi baş tutub.

Tədbirdə müxtəlif dövlət və özəl qurumlarının rəhbər şəxsləri, universitetlər və tədris mərkəzlərinin nümayəndələri, eləcə də bir sıra mentor və təlimçilər iştirak edib.

Buraxılış mərasimində Quba və Lənkərandan tam təqaüdlə 8 ay müddətində Full-Stack proqramlaşdırma təhsilinə cəlb edilən 20 xanımdan 15-i məzun olub.Tədbir müddətində məzunlar tərəfindən hazırlanan yekun layihələrin təqdimatı da baş tutub. Həm nəzəri, həm də praktiki əsaslı qurulmuş proqramın sonunda hər bir tələbə karyera yönümlü dəstək əldə edib.

Tədbirin sonunda məzunlara layihənin tərəfdaşları tərəfindən sertifikat və hədiyyələr təqdim edilib. Qeyd edək ki, “Coders Caravan” layihəsi gənc xanımların proqramlaşdırma üzrə karyera qurmaqlarına təşviq etmək məqsədi daşıyır.