Lang Azərbaycan
Ehim

Qlobal Müdafiə Texnologiyaları Hakatonu

  • location onlayn
  • clock 09:00


13 - 15 noyabr 2020-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçiriləcək. Ölkəmizdə ilk dəfə və onlayn formada reallaşdırılacaq tədbirdə mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat mövzuları müzakirə olunacaq. Tədbirin əsas məqsədləri sırasında dünyanın diqqətini Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqq işinə yönəltmək və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xüsusi yer tutur. Hakatonda iştirak etmək istəyən şəxslər 15 oktyabr - 10 noyabr tarixlərində qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün link: http://globaldeftech.com