Lang Azərbaycan
Ehim

24 aprel 2020 - 04:00

COVID-19-a qarşı hansı rəqəmsal texnologiyalardan istifadə edilir?

Müasir zamanda həyatımızın önəmli və ayrılmaz hissəsinə çevrilən rəqəmsal texnologiyalar görəsən qlobal pandemiyaya qarşı mübarizə aparmaq üçün də yar

COVID-19-a qarşı hansı rəqəmsal texnologiyalardan istifadə edilir?

Müasir zamanda həyatımızın önəmli və ayrılmaz hissəsinə çevrilən rəqəmsal texnologiyalar görəsən qlobal pandemiyaya qarşı mübarizə aparmaq üçün də yar

24 aprel 2020 - 04:00

Müasir zamanda həyatımızın önəmli və ayrılmaz hissəsinə çevrilən rəqəmsal texnologiyalar görəsən qlobal pandemiyaya qarşı mübarizə aparmaq üçün də yararlıdırmı?

Sirr deyil ki, “COVID-19” pandemiyası sağlamlıqla bağlı rəqəmsal texnologiya həllərinə böyük bir tələbat yaratdı. Dünya ölkələri anladı ki, insan gücü pandemiya ilə mübarizə üçün kifayət deyil. Hətta, son günlərdə BMT tərəfindən yayımlanan xəbərlərdə pandemiya əleyhinə mübarizə aparmaq üçün rəqəmsal texnologiyalardan istifadənin qaçılmaz olduğu da qeyd edilmişdir.

Sağlamlıqla bağlı rəqəmsal texnologiyalar hazırda əhalinin müayinə edilməsi, infeksiyanın izlənməsi, resursların səmərəli istifadəsi və digər mühüm mövzularda insanların köməyinə çatır. Gəlin bir neçə nümunə əsasında rəqəmsal texnologiyaların əhəmiyyətini təhlil edək:

İlk növbədə, Əşyaların İnterneti (IoT) səhiyyə orqanlarının “COVID-19” pandemiyasını monitorinq edə bilməsinə imkan yaradan platforma təqdim edir. Hər gün dünyada baş verən yeni infeksiya halları, yeni yoluxma sayının ölkələrə görə statistikası və xəstəliyin statusunu (sağalma, kritik vəziyyət və ya ölüm) göstərən “Worldometer” bunun üçün göstərilə biləcək ən uğurlu nümunələrdən biridir. (ətraflı: https://www.worldometers.info/coronavirus/)

Digər tərəfdən “Big Data”-nın viral aktivliyin modelləşdirmə işlərini aparmaqda və ölkələrin səhiyyə rəsmilərini yeni yoluxmalara qarşı öncədən hazırlıqlı etməkdə əvəzolunmaz rolu vardır. Qeyd edilməlidir ki, qlobal data bazalardan emal edilən məlumatlar əsasında Çin daxilində və xaricində “COVID-19” infeksiyasının proqnozlaşdırılması ilə bağlı modelləşdirilmiş tədqiqatlar artıq həyata keçirilib.

Əlbəttə ki, virus əleyhinə uğurlu mübarizə yalnız səhiyyə sistemində texnoloji yeniliklərdən deyil, həmçinin, cəmiyyətin düzgün kommunikasiya edilməsindən də asılıdır. Rəqəmsal texnologiyaların bu sahədə rolu isə danılmazdır. Sinqapurda hökumət cəmiyyətin virusla bağlı düzgün və dəqiq məlumat əldə etməsi üçün “WhatsApp” ilə əməkdaşlıq edir. Eyni zamanda “Facebook” və “Twitter” kimi bir çox sosial media platforması cəmiyyətdə yaranan qeyri-müəyyənlikləri aradan qaldırmaq məqsədilə səhiyyə agentlikləri tərəfindən təmin edilən real xəbərləri və yenilikləri yayımlayır. Bundan başqa Çində insan üzü tanıma texnologiyası üzrə ixtisaslaşmış şirkətlər temperaturu yüksək olan insanları aşkar edən termal görüntüləmə funksiyasını da istifadəyə verir.

Qeyd etmək lazımdır ki, “COVID-19”-un daha dəqiq, sürətli və ucuz testlərinə ehtiyac getdikcə artmaqdadır. Hazırda, bir çox ölkələrdə bu virusu adi qripdən dəqiq şəkildə ayırd edəcək testlər və ya resurslar yox dərəcəsindədir. Buna görə də “COVID-19”-u aşkara çıxaracaq alternativ testlərin olması səhiyyə işçilərinin işini çox yüngülləşdirə bilər. Çinin 70 mindən çox testin pozitiv nəticələrini özündə əks etdirən databazası Süni İntellekt (AI) və Maşın Öyrənməsi (Machine Learning) üçün ideal resurs sayıla bilər. Təsəvvür edin günlərlə test cavabı gözləmək əvəzinə bunu dəqiqələr ərzində öyrənə bilsəydik virus əleyhinə nə qədər çox güclənmiş olardıq.

Müəllif: Aydan Abasquliyeva

0 Comments