Lang Azərbaycan
Ehim

10 mart 2020 - 04:00

Süni intellekt emosional intellektə qarşı

Elmin gəldiyi nəticəyə görə insanın emosional intellekti (zəkası) onun bütün həyatını müəyyən edir.

Süni intellekt emosional intellektə qarşı

Elmin gəldiyi nəticəyə görə insanın emosional intellekti (zəkası) onun bütün həyatını müəyyən edir.

10 mart 2020 - 04:00

Elmin gəldiyi nəticəyə görə insanın emosional intellekti (zəkası) onun bütün həyatını müəyyən edir. Emosional intellekti yüksək olan, yəni özünün və başqalarının emosionalarını başa düşən və ondan düzgün istifadə edən insanlar həyatda daha çox uğur əldə edirlər. Qeyd edim ki, emosional intellektin insanın bilik səviyyəsinə, İQ-nə heç bir aidiyyatı yoxdur. İQ səviyyəsi yüksək olan o qədər insan var ki, öz biliklərindən lazımı şəkildə və düzgün istiqamətdə istifadə edə və uğur əldə edə bilmirlər.

Müasir dövrdə isə süni intellekt həyatımızın bütün sahələrinə daxil olur. İşlətdiyimiz ağıllı telefonlardan tutmuş (smartphone) ofisdə gündəlik rutin işlərimizin bir çox hissəsinədək süni intellektin məhsullarından bəhrələnirik. İnnovasiya və texnologiya əl-ələ verərək irəlilərə getdikcə süni intellektin tətbiq sahələri daha da genişlənir. Artıq sürücüsüz taksi və avtobusların istifadəyə verildiyini və süni intellektin kəşf etdiyi dərmanların tezliklə istehsal ediləcəyini nəzərə alsaq yaxın gələcəkdə daha nələrin baş verəcəyini təxmin etmək o qədər də çətin deyil. Belə olduqda sual yaranır: Bəs süni intellekt həyatımızdan emosional intellekti sıxışdırıb çıxaracaqmı?

Biz işdə və şəxsi həyatımızda qərarlarımızı daha çox emosional intellektimizə əsaslanaraq veririk. Məsələn, riskli bir situasiyada qərarı daha öncəki təcrübəmizdə özümüzün və ətrafdakıların emosiya və ya davranışlarının necə olduğunu yada salıb və ya nəzərə alıb veririk. Bəzən baş vermiş daha bir davranışı yada salıb analiz edə və yenidən verdiyimiz qərarı dəyişə bilirik. Bəs xüsusi verilənlər bazası və alqoritmlərlə təlimləndirilmiş, süni intellekt əsasında çalışan robotlar bu emosiya və davranışlarını nəzərə ala biləcəklərmi?

Bu sual əslində bütün dünyanı narahat edir. Bu məqsədlə hətta Avropa Şurasının Nazirlər Kabinetində Süni İntellekt üzrə Komitə də yaradılıb. Komitənin məqsədi yüksək texnologiyaların inkişafı dövründə süni intellektin insan həyatına gətidiyi dəyişikliklər və bu zaman insan hüquqlarının qorunması, elektron idarəçilikdə qərarvermə prinsipləri və bu istiqamətdə digər məsələləri müəyyən etməkdir. Həmçinin Komitə bütün bu məsələləri tənzimləyəcək hüquqi baza formalaşdırmaqdan məsuliyyətlidir. Məlumat üçün bildirim ki, Azərbaycan da Süni İntellekt üzrə Komitənin üzvü və bu istiqamətdə gedən müzakirələrdə söz sahibidir.

Məsələ burasındadır ki, süni intellekt verilən məlumat bazasını və burada oxşar nümunələri analiz edərək bir model formalaşdırır və nəticə göstərmək üçün bu modeldən istifadə edir. İnsanlar isə ətraf mühiti və baş verənləri müşahidə edərək öyrənir və emosiyaları nəzərə alaraq uyğun qərarlar verir.

Lakin insanlardan real təcrübələr əsasında əldə edilmiş daha çox emosiyalar süni intellekt əsasında hazırlanmış proqramlara, maşınlara və robotlara öyrədildikcə onların tətbiq sahələri daha da genişlənir və getdikcə görülən işlərə və proseslərə insan toxunuşunu və ya rəyini limitləyirlər. Bu gedişlə isə süni zəkanın verdiyi əhəmiyyətli qərarlar qlobal və ya fərdi prizmada ədalət prinsipinin pozulmasına gətirib çıxara bilər. Bu səbəbdən biz süni intellektin emosiyalara sahib olmasından çox qorxuruq. Xöşbəxtlikdən mühəndislər hələlik insan emosiyalarının bütün növlərinin süni intellektdə tətbiq edə bilməyiblər. Çünki, emosional intellekt hələki süni intellektin və robotların çətin qavradığı bir xüsusiyyət və ya komandadır. Capgemini Araşdırmalar İnstitutunun da reportuna əsasən emosional intellekt hələlik indi yaşadığımız süni intellekt dövündə əsas bacarıq hesab edilir və yaxın 5 illikdə də xüsusilə iş həyatımızda “must-have” bacarıq olaraq qalacaqdır. Ona görə də hələ ki rahat ola bilərik :)

Müəllif © Xəyalə Fətullayeva

0 Comments