Lang Azərbaycan
Ehim

9 dekabr 2019 - 04:00

Dünyanın ilk vebsaytı hansıdır?

Dünyanın ilk vebsaytı 1991-ci ildə yaradılıb

Dünyanın ilk vebsaytı hansıdır?

Dünyanın ilk vebsaytı 1991-ci ildə yaradılıb

9 dekabr 2019 - 04:00

Sosial media platformalarından əvvəl vebsaytlar var idi və hələ də var! Gəlin etiraf edək ki, sosial şəbəkə anlayışı yaranana qədər rəqəmsal dünyada sörfinq etdiyimiz məkanlar vebsaytlar idi. Sosial şəbəkə hər nə qədər bütün dünyanı əhatə etsə də, vebsaytlardan istifadə də aktual olaraq qalır.

2019-cu ilin yanvar ayına olan statistikaya əsasən hazırda 1.5 milyarddan çox ( 1 518 207 412) vebsayt mövcuddur. Bu günə olan rəqəmlərə əsasən yer üzündə 7.53 milyard insan yaşayır. Bu isə o deməkdir ki, dünyada hər 5 nəfərdən birinin vebsaytı mövcuddur. Nə qədər qəribə olsa da 2017 və 2018-ci illərdə isə bu rəqəm 1.8 milyardan çox olmuşdur. Cari ildə vebsaytların sayında azalma müşahidə olunur. Görünür insanlar rəqabətə davam gətirə bilməyib vebsaytlarının istifadəsini sona kimi davam etdirmirlər. Hər halda 1991-ci ildən bu günə kimi yaradılan vebsaytların sayına nəzərə yertirsək bunu 28 il üçün kifayət qədər yaxşı rəqəm hesab etmək olar. Say nə qədər çox olsa da, qeyd etməliyik ki, bu saytlardan cəmi 10-15 %-i aktiv şəkildə fəaliyyət göstərir.

Diqqətli olanlar yuxarıda ötürdüyümüz mesajı aldı. "1991-ci ildən bəri!"  Demək ki, dünyanın ilk vebsaytı 1991-ci ildə yaradılıb. Bəs hansı idi bu vebsayt? Kim yaratmışdı? Nə üçün yaratmışdı? 

Dünyanın ilk vebsaytı isə 1991-ci ildə, Avropa Nüvə Tətqiqatları Mərkəzi (CERN) üçün, internetin banisi hesab edilən Tim-Berners Li tərəfindən yaradılıb.

Dünyanın ilk saytına keçid etmək və necə deyərlər yaxın tarixə səyahət etmək üçün:   

http://info.cern.ch/hypertext/WWW/TheProject.html


Mənbə : www.millforbusiness.com / www.businessinsider.com 

 




0 Comments