Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

““Elektron su təsərrüfatı” informasiya sistemi (ESTİS)”

“Elektron su təsərrüfatı” informasiya sistemi (ESTİS) 


Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nın 2.2-ci bəndinin icrası çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən  texniki olaraq “Elektron su təsərrüfatı” informasiya sistemi (http://estis.gov.az ) ərsəyə gətirilib. 

“Elektron su təsərrüfatı” informasiya sistemi su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının tərtib edilməsi, su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədini daşıyır. Su obyektlərinin istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması, suların dövlət uçotunun təkmilləşdirilməsi, sudan ödənişli istifadə və onun təyinatı sxeminin aydınlaşdırılması, su təsərrüfatının idarə olunmasında effektivliyin artırılması, bu sahədə xidmət göstərən subyektlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması və daha çevik tarif (qiymət) tənzimlənməsi üçün istifadə edilir.


FUNKSİONAL İMKANLAR

 “Elektron su təsərrüfatı” xidməti, bütün iştirakçıları üçün intuitiv, rahat, şəffaf, fərqli biznes modelə sahib olan onlayn platformadır. İnformasiya sisteminin əsas funksional imkanları aşağıdakılardır:

İştirakçı tərəflərə vahid asan interferysli veb portal;

İnformasiya sisteminə “ASAN Login” vasitəsi ilə təhlükəsizlik giriş; 

Təşkilatların və onların alt qruplarının strukturunun yaradılması və idarə olunması;

İstifadəçi profillərinin yaradılması və idarə olunması;

Su obyektlərinin yaradılması və idarə olunması;

Su obyektlərinin ölçü tipləri (daxil, çıxan, səviyyə və sair) yaradılması və idarə olunması;

Nazirlər Kabinetinin normativlərinə uyğun olaraq su təsərrüfatı balansının maddələrinin yaradılması və idarə olunması;

İstənilən təşkilat və alt qrupa aid əməkdaşın istənilən mənbədən, mənsəbə doğru, istənilən tipdə və təyin olunan interval üzrə faktiki və ya proqnoz məlumatları daxil etmə, tapşırıq vermə və idarə etmə imkanı;

Təşkilatlar üzrə əməkdaşlara verilən tapşırıqların, aylıq, rüblük, illik müddətə və faktiki və ya proqnoz məlumatı kimi daxil edilməsini təmin etmək imkanı

Daxil edilən məlumatı yoxlamaq üçün öz təşkilatında olan yoxlama statusuna malik istifadəçiyə yönləndirilməsi imkanı;

Yoxlamadan keçən məlumatın qarşı tərəfə (mənbəyə cavabdeh təşkilata) təsdiq üçün göndərmə imkanı;  

Təsdiq üçün daxil olan məlumatın təsdiqləyərək hesabatlara daxil etmə və ya geri yoxlamaya qaytarma imkanı;

İcraya nəzarət məqsədi ilə təşkilatlara verilən öhdəliyi vaxtında icra etmək üçün son müddət təyin etmə və təyin olunmuş müddət sona çatdıqda məhsul olan şəxslərə e-poçt məktubu formasında xəbərdarlıq göndərmək imkanı;  

İcraçılara verilən tapşırıqların icrasına dair sürətli hesabat tərtib etmək imkanı;

Balans maddələri əsasında sürətli hesabat tərtib etmək imkanı;

Analitik müqayisə prinsipi əsasında eyni tarixdə müxtəlif təşkilatların eyni mənbə və eyni strukturda daxil etdikləri məlumatların təhlili və fərqliliyi aşkarlamaq imkanı.


Hazırda sistemə ötürüləcək məlumatların dairəsinin, inteqrasiya ediləcək avtomat ölçmə cihazlarının modellərinin, məlumat mübadilə protokollarının və inteqrasiya ediləcək məlumatların texniki formatlarının dəqiqləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə işlər həyata keçirilir.