Çağrı Mərkəzi

“e-Hərrac”

Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində yaradılan “Elektron Hərrac” sistemi hərracların keçirilməsi zamanı şəffaflığın təmin edilməsi, hərrac iştirakçılarının rahat və məhdudiyyətsiz şəkildə hərraclarda iştirak etməsinə şərait yaradır.

Hərracda iştirak etmək istəyən, lakin uzaq məsafə səbəbindən hərraca qatıla bilməyən şəxslər də eherrac.gov.az portalı üzərindən üzərindən onlayn olaraq hərraclarda iştirak edə biləcəklər. Sistemin yaradılması, eyni zamanda əmlak bazarının inkişafına da töhfəsini verəcəkdir.

“Elektron Hərrac”dan yeni istifadə qaydaları aşağıdakı qaydada təşkil olunacaq:

• Elektron hərracda iştirak etmək istəyən şəxs eherrac.gov.az portalına daxil olaraq “ASAN Login” vasitəsilə sistemə giriş edir;

• Elektron hərrac prosesində tələb olunan müvafiq iştirak haqqı və depozit (beh) ödənişləri onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilir;

• Elektron hərrac başladıqdan sonra iştirakçılar qalib olmaq üçün təkliflər edirlər;

• Qalib iştirakçı haqqında sistem tərəfindən protokol tərtib olunur. Bu protokollar müvafiq qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.