Azərbaycan dili
Çağrı Mərkəzi

“Bir Pəncərə - Tikintiyə İcazə Sistemi”

2019-cu ildə, texniki cəhətədən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən ərsəyə gətirilən layihə, ekspertizası tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin sahibkarlar tərəfindən vahid sistem üzərindən alınması üçün nəzərdə tutulmuşdur.

Layihənin həyata keçirilməsi Azərbaycan Respublikasında ekspertizası tələb olunmayan tikinti obyektlərinin inşasına daha münbit şərait yaradacaq və bu sahədə daha çox yatırım cəlb edilməsinə kömək edəcəkdir. Həmçinin layihə vətəndaşların vaxta, qurumların isə resurslara qənaət etməsini təmin etməklə yanaşı bürokratik proseslərin aradan qaldırılmasına da şərait yaradır.