Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Gənc tədqiqatçılar üçün “Virtual English Language Educator” proqramına start verilib

alarm Created with Sketch. 20-10-2022

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun və ABŞ səfirliyinin birgə təşkilatçılığı ilə “Virtual English Language Educator” proqramına start verilib.

“Virtual English Language Educator” proqramı çərçivəsində gənc tədqiqatçılara xarici dil bilikləri, analitik təhlil və tədqiqat bacarıqları mövzuları tədris olunacaq. Proqram çərçivəsində baş tutan tədris yüksək ixtisaslı əcnəbi müəllim tərəfindən həyata keçiriləcək.

Proqramda 90 gəncin doktorantın iştirak nəzərdə tutulur. Təlimlərin, həmçinin 2023-cü ildə də davam etdiriləcəyi nəzərdə tutulur.

Sözügedən proqram Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 16.03.2022-ci il tarixdə təsdiq edilən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası çərçivəsində təşkil olunur (https://azranking.az/action-plans).

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.