Çağrı Mərkəzi

Elektron Hökumətin İnkişafı Mərkəzində “Microsoft Azerbaijan” şirkəti ilə görüş keçirilib

alarm Created with Sketch. 27-01-2020

22 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzində “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə şirkətin Texniki bölmə üzrə regional direktoru Yianni Touliatos və digər nümayəndələri iştirak ediblər.

“Microsoft Azerbaijan” şirkətinin baş meneceri Qaçay Mirzəyev bildirib ki, Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) rəqəmsallaşma sahəsində cəmiyyət üçün çox önəmli işlər görür və bu səbəbdən şirkət Mərkəzlə əməkdaşlığa və bu sahədə dəstək göstərməyə hazırdır.

Görüşdə tərəflər arasında əməkdaşlıq istiqamətləri və proqramlaşdırma sahəsində görülən işlər də qeyd olunub. “Microsoft Azerbaijan” şirkəti ilə əvvəlki görüşlərin nəticəsi olaraq Mərkəzin developerləri üçün təlimlərin keçirilməsi, sertifikasiya və imtahan imkanları, eləcə də layihə menecmenti sistemləri üzrə vorkşopun keçirilməsi məsələləri də öz əksini tapıb. Şirkətinin mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərin daha bir mövzusunun isə kibertəhlükəsizlik olacağı bildirilib.

Görüş müzakirələrlə davam edib.