Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM tərəfindən “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində Masallı və Gəncədə təlimlər keçirilib

alarm Created with Sketch. 02-11-2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşları tərəfindən “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində Masallı və Gəncədə təlimlər keçirilib.

Təlimlərdə “ASAN xidmət” mərkəzinin və icra hakimiyyətlərinin əməkdaşları, habelə ASAN könüllüləri iştirak ediblər.

“Rəqəmsal icra hakimiyyəti” portalının beta versiyasının funksionallıqları və imkanları haqqında geniş məlumat təqdim olunan təlimlərdə, habelə EHİM-in icra etdiyi layihələr, elektron dövlət xidmətləri, elektron hökumət konsepsiyası və strategiyası haqqında təqdimat keçirilib.

Təlimlərdə, həmçinin icra hakimiyyətləri əməkdaşları üçün seminarlar təşkil olunub. Əməkdaşlara portalın istifadəsinə dair təlimat verilib, sorğuların qəbul edilməsi, emalı, icra edilməsi, həmçinin digər istiqamətlər üzrə onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Rəqəmsal icra hakimiyyəti” portalı Dövlət Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” layihəsi çərçivəsində yaradılıb. Layihənin digər istiqaməti “Yerli icra hakimiyyətlərində ASAN standartlarının tətbiq edilməsi”dir.

İlkin mərhələdə pilot layihə olaraq sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonları seçilib. Bu rayonlar Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə təyin edilib. Layihə çərçivəsində portalın yaradılması ilə yanaşı, həmçinin hər üç rayonda təlim və seminarların keçirilməsi nəzərdə tutulub.

Masallı və Gəncədən öncə, EHİM Qubada təlim və seminar keçirib.

Layihə qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.