Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM ilə Böyük Britaniyanın Rəqəmsal Hökumət Xidməti arasında Niyyət Protokolu imzalanıb

alarm Created with Sketch. 21-05-2021

20 may tarixində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 4-cü iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini tədbirdə Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov təmsil edib. F.Cəfərov Azərbaycanın elektron dövlət xidmətlərində süni intellektin tətbiqi mövzusunda təqdimatla çıxış edib, “ASAN Login”də səs və üztanımaya əsaslanan süni intellekt texnologiyasının istifadəsindən, “ASAN Viza”da tətbiq olunan maşın öyrənmə həlli və süni intellekt əsaslı özünə xidmət “ASAN xidmət” mərkəzi konsepti haqqında danışıb.

Tədbir çərçivəsində EHİM ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında rəqəmsal hökumət sahəsində Niyyət Protokolu imzalanıb.

Niyyət Protokolu tərəflərin rəqəmsal hökumət sahəsində əməkdaşlıq qurmaq istəyinin əsas tutularaq rəqəmsal hökumət sahəsində ümumi prinsiplərin dəstəklənməsi şərti ilə imzalanıb.

Elektron hökumətin inkişafı indeksində aparıcı mövqelərdə olan Böyük Britaniya və elektron hökumət quruculuğunda əhəmiyyətli nailiyyətlər əldə edən Azərbaycan arasında imzalanan Niyyət Protokolu ekspert icmaları və mütəxəssis təcrübələrinin bir araya gətirilməsi, rəqəmsal dövlət xidmətlərinin bütün istifadəçilər üçün təşkili və açıq standartlar siyasətinə riayət edilməsi kimi mövzuları əhatə edir. Həmçinin Niyyət Protokolu açıq mənbə texnologiyasından istifadə, lazımsız xərclərin qarşısını alan və pul dəyərini artıran idarəetmə, çərçivə və satınalma islahatlarının inkişaf etdirilməsi, hər kəs üçün əlçatan rəqəmsal xidmətlərin dəstəklənməsi və digər prinsiplər üzrə razılığı əks etdirir.

EHİM Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti ilə yanaşı, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi, Estoniya Elektron İdarəçilik Akademiyası, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti,, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə departamenti, Avropa Şurasının Süni İntellekt üzrə Komitəsi, “VFS Global” və digər beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq qurub və bu əməkdaşlıqları uğurla davam etdirir.