Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

“ASAN xidmət”in nümayəndə heyəti Koreyada keçirilən tədqiqat proqramında

alarm Created with Sketch. 22-09-2022

19-21 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “İnkişaf etməkdə olan texnologiyalarla dövlət xidmətlərində innovasiyalar” mövzusunda tədqiqat proqramında iştirak məqsədilə Koreya Respublikasına səfər edib.

Tədqiqat səfəri yeddi iştirakçı ölkədən dövlət sektorunda elektron hökumət siyasəti və innovasiya layihələrinin dizaynı, formalaşdırılması və həyata keçirilməsi ilə məşğul olan yüksək səviyyəli rəsmilərini bir araya toplayıb.

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin (EHİM) nümayəndəsi təqdimatla çıxış edərək süni intellekt əsaslı Vahid Giriş Sistemi olan “ASAN Login” layihəsi haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədqiqat səfəri iştirakçılar arasında təcrübə mübadiləsinin davam etdirilməsi, eləcə də Koreya Respublikası və yeddi iştirakçı ölkə arasında gələcək əməkdaşlığı gücləndirmək məqsədilə təşkil edilib.