Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

alarm Created with Sketch. 02-06-2022

İsveçrədə “İnformasiya Cəmiyyətinin Mükafatlandırılması üzrə Dünya Zirvəsi” Forumu təşkil olunub.

Hər il keçirilən İnformasiya Cəmiyyətinin Mükafatlandırılması üzrə Dünya Zirvəsi - “WSIS Prizes – 2022” müsabiqəsinə Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsindən 1270 elektron layihə təqdim olunub. Verilən 1,3 milyondan çox səs nəzərdən keçirildikdən sonra “ASAN xidmət”in elektron hökumət mərkəzinin “ASAN Bridge” layihəsi 5-ci kateqoriyada - İKT-nin istifadəsində inamın və təhlükəsizliyin yaradılması kateqoriyasında ən çox səs toplayan layihə kimi qalib olub.

Milli məlumat mübadilə sistemi olan “ASAN Bridge” 2021-ci ilin aprel ayında istifadəyə verilib. Sistemin əsas məqsədi dövlət qurumları arasında məlumat mübadiləsini dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirməkdir. Sistem üzərindən məlumat mübadiləsi şifrələnmiş şəkildə həyata keçirilir ki, bu da məlumatların təhlükəsizliyini təmin edir. Hazırda sistemə 44 qurum üzrə 308 dövlət informasiya ehtiyatı və sistemləri inteqrasiya edilib. Bu sistemlər üzərindən təqribən 143 818 345 məlumat mübadiləsi aparılıb. “ASAN Bridge” Azərbaycanın ilk milli məlumat mübadilə sistemidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov İsveçrədə işgüzar səfərdədir. Səfər çərçivəsində Mərkəzin direktoru “İnformasiya Cəmiyyətinin Mükafatlandırılması üzrə Dünya Zirvəsi” Forumunda (“WSIS Forum – 2022”) iştirak edib.

O, ölkəmizdə dövlət xidmətləri sahəsində aparılan islahatlar haqqında məlumat verib, “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət haqqında təqdimat edib. Görüşdə, həmçinin dövlət xidmətlərinin gələcəyi, rəqmsal savadlılıq, rəqəmsal xidmətlər və proaktiv dövlət xidmətləri istiqamətində Azərbaycanın nailiyyətlərindən bəhs edilib.