Azərbaycan dili
Çağrı Mərkəzi

Azərbaycanda ikinci dəfə təşkil olunan “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” tədbiri keçirilib

alarm Created with Sketch. 25-10-2019

Bakıda keçirilən “İnnovasiya həftəsi” çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil edilib. Tədbirlər Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılır.

“İnnovasiya həftəsi” çərçivəsində keçirilmiş əhəmiyyətli tədbirlərdən biri də “Euroasia İnnovation Day” olub. 23 oktyabrda “Huawei” şirkəti ilə birgə təşkil olunmuş bu dialoq platformasına siyasətçilər, özəl sektor nümayəndələri və elm xadimləri qatılıblar. Tədbirin “Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri” başlıqlı panel müzakirəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov da təqdimatla çıxış edib, bu sahədə görülən işlər və gələcək hədəflər barədə məlumat verib.