Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Mütəxəssis

Departament
Tərəfdaşlarla iş və kommunikasiyalar
Şöbə
Marketinq və Kommersiya

21.07.2022

21.08.2022

Vakansiya haqqında məlumat

"Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Tərəfdaşlarla iş və kommunikasiyalar departamenti, Marketinq və kommersiya şöbəsininin mütəxəssisi vakansiyası elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Marketinq və kommersiya komandasına mütəxəssis axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

Vəzifə funksiyaları:

Cari və yeni layihələr üzrə bazar araşdırmalarının aparılması, rəqiblərin təhlil olunması və beynəlxalq təcrübənin öyrənilməsi

Texnoloji yeniliklərin izlənməsi və mövcud yeniliklərin daxili layihələrdə tətbiqi barədə hesabatların hazırlanması

Məhsul və xidmətlərin inkişafı istiqamətində təkliflərin verilməsi

Mövcud və yeni layihələr üzrə potensial hədəf kütlələrinin müəyyən olunması və əməkdaşlıq təkliflərinin hazırlanması

Cari və yeni məhsul və xidmətlər üzrə tərəfdaşlarla əlaqələrin qurulması, danışıqların aparılması və təqdimatların keçirilməsi

Məhsul və xidmətlərin müştəri istəklərinə uyğun formalaşdırılması, icrasına nəzarət edilməsi və əməkdaşlıq sonrası dəstəyin göstərilməsi

Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərin həll edilməsi

TƏLƏB OLUNUR

Peşəkar bacarıqlara dair tələblər:

Yüksək analitik, ünsiyyətqurma və təqdim etmə bacarıqları

Araşdırma və hesabatlılıq (MS Survey, Google Tools, MS Excel)

IT, Fintech və digər istiqamətlər üzrə bazarı tanımaq və analiz etmək

MS Windows, MS Office, Internet - yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür)

Müvafiq sahə üzrə müştəri bazasının mövcudluğu arzuolunandır

Dil bilikləri:

Azərbaycan dili (yüksək səviyyədə)

İngilis dili (yüksək səviyyədə)

Rus dili (arzuolunandır)

İş təcrübəsi:

Müvafiq sahə üzrə minimum 3-5 il (Satış, məhsul inkişafı, biznesin inkişafı və strateji marketinq sahələri üzrə iş təcrübəsi arzuolunandır)

Davranış bacarıqları:

Stressin idarəedilməsi

Təşəbbüskarlıq

Məsuliyyətlilik

Komandada işləmək bacarığı

Planlama və təşkiletmə

Aktiv öyrənmə bacarığı

Vaxtın idarəedilməsi

Problem analiz etmə

Təhsil və ixtisas tələbləri:

Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, Marketinq istiqamətləri üzrə arzuolunandır)

BİZ TƏKLİF EDİRİK:

Rəqabətə davamlı əmək haqqı

Performansa görə mükafatlandırma

Zəngin təcrübə və peşəkar inkişaf

Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat

Mehriban və inklüziv mühit


“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs (bundan sonra - Mərkəz) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik

Səmərəlilik bütün planlarımızın məqsədidir

İnnovasiyalar bizi daha da gücləndirir

Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

Siz yox “Biz” prinsipi ilə çalışırıq

Ortaq məqsədləri paylaşırıq

Təvəzökarlıq komandamızı irəliyə aparır


Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!

*Qeyd: Yalnız yuxarıda qeyd olunan bütün tələblərə cavab verən şəxslərin müraciət etməsi xahiş olunur.