Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Mütəxəssis (“red teaming”, Pentester)

Departament
İnformasiya təhlükəsizliyi
Şöbə
Kiber təhlükəsizlik

30.12.2021

30.01.2022

Vakansiya haqqında məlumat

Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs İnformasiya Təhlükəsizliyi şöbəsinin Kiber təhlükəsizlik üzrə “red teaming” komandısına mütəxəssis (Pentester) vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Kiber təhlükəsizlik üzrə “red teaming” komandısına mütəxəssis (Pentester) axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

Kiber təhlükəsizlik üzrə mütəxəssisin (Pentester) gözlənilən fəaliyyətinə aşağıdakılar daxildir:

- Proqram və/və ya şəbəkənin yoxlanılması;

- Veb tətbiq və API yoxlamanın aparılması;

- Mobil tətbiqinin yoxlanılması;

- Aparılan yoxlamaların sənədləşdirilməsi.

- Dövlət və kommersiya sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamaq;

TƏLƏB OLUNUR:

- Ali təhsil

- Proqram və/və ya şəbəkəni yoxlama bacarığı;

- Mobil tətbiqini yoxlama bacarığı (Android, iOS);

- Veb tətbiq və API yoxlama bacarığı;

- Skript dillərlə bağlı biliklər (Bash shell, Powershell və s.);

- Proqramlaşdırma dilləri haqqında anlayış;

- SAST və DAST bacarığı;

- OWASP üzrə biliklərin olması;

- Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;

- Azərbaycan dili səlis, rus və ya ingilis dili minimum texniki anlayışı olan;

- Komandada işləmək bacarığı.

Davranış bacarıqları:

- Peşəkarlıq və məsuliyyətlilik

- Detallar üzrə diqqətlilik

- Komanda işi

- Planlama və təşkiletmə

- Aktiv öyrənmə bacarığı

- Vaxtın idarəedilməsi

- Problem analiz etmə

BİZ TƏKLİF EDİRİK:

- Rəqabətə davamlı əmək haqqı

- Performansa görə mükafatlandırma

- Tibbi siğorta

- Zəngin təcrübə və peşəkar inkişaf

- Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat

- Mehriban və inklüziv mühit

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

- Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik. 

- Səmərəlilik bütün planlarımızın məqsədidir

- İnnovasiyalar bizi daha da gücləndirir

- Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

- Siz yox “Biz” prinsipi ilə çalışırıq

- Ortaq məqsədləri paylaşırıq

- Təvəzökarlıq komandamızı irəliyə aparır


Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!