Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Mütəxəssis

Departament
Tərəfdaşlarla İş və Kommunikasiyalar
Şöbə
Marketinq və Kommersiya

30.11.2021

30.12.2021

Vakansiya haqqında məlumat

Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Marketinq və kommersiya üzrə mütəxəssis vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Marketinq və kommersiya üzrə mütəxəssis axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

Marketinq və kommersiya üzrə mütəxəssisin gözlənilən fəaliyyətinə aşağıdakılar daxildir:

- Cari və yeni layihələr üzrə bazar araşdırmalarının aparılması, rəqiblərin təhlil olunması və beynəlxalq təcrübənin öyrənilməsi;

- Texnoloji yeniliklərin izlənməsi və mövcud yeniliklərin daxili layihələrdə tətbiqi barədə hesabatların hazırlanması;

- Bazarda mövcud marketinq kampaniyalarının nəzarətdə saxlanılması və yekun hesabatların təqdim edilməsi;

- Məhsul və xidmətlərin inkişafı istiqamətində təkliflərin verilməsi;

- Mövcud və yeni layihələr üzrə potensial hədəf kütlələrinin müəyyən olunması və əməkdaşlıq təkliflərinin hazırlanması;

- Cari və yeni məhsul və xidmətlər üzrə tərəfdaşlarla əlaqələrin qurulması, danışıqların aparılması və təqdimatların keçirilməsi;

- Məhsul və xidmətlərin müştəri istəklərinə uyğun formalaşdırılması, icrasına nəzarət edilməsi və əməkdaşlıq sonrası dəstəyin göstərilməsi;

- İstifadə olunan layihələrin və xidmətlərin effektivliyinin təhlil edilməsi;

- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərin həll edilməsi;


TƏLƏB OLUNUR:

- Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, Marketinq istiqamətləri üzrə arzuolunandır);

- Yüksək analitik, ünsiyyət və təqdim etmə bacarıqlarının olması;

- Uyğun sahədə minimum 2 il iş təcrübəsinə malik olmaq (Satış, məhsul inkişafı, biznes inkişafı və strateji marketinq sahəsində iş təcrübəsi arzuolunandır);

- IT, Texnologiya, Fintech və digər istiqamətlərdə bazarı tanımaq və analiz etmək qabiliyyətinə malik olmaq;

- MS Office proqramları, İnternetdə axtarış – yüksək istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);

- Rəqəmsal analitika  bacarıqları - Google analytics, Search Console, Play Console, Apple Connect;

- Araşdırma və hesabat bacarıqları – MS Survey, Google Survey, MS Excel;

- Yüksək Azərbaycan dili və İngilis dili bacarıqları (Rus dili arzuolunandır).

Davranış bacarıqları:

- Peşəkarlıq və məsuliyyətlilik

- Detallar üzrə diqqətlilik

- Komanda işi

- Planlama və təşkiletmə

- Aktiv öyrənmə bacarığı

- Vaxtın idarəedilməsi

- Problem analiz etmə


BİZ TƏKLİF EDİRİK:

- Rəqabətə davamlı əmək haqqı

- Performansa görə mükafatlandırma

- Tibbi siğorta

- Zəngin təcrübə və peşəkar inkişaf

- Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat

- Mehriban və inklüziv mühit

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

- Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik. 

- Səmərəlilik bütün planlarımızın məqsədidir

- İnnovasiyalar bizi daha da gücləndirir

- Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

- Siz yox “Biz” prinsipi ilə çalışırıq

- Ortaq məqsədləri paylaşırıq

- Təvəzökarlıq komandamızı irəliyə aparır

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!