Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Böyük proqramçı (Back-end)

Departament
Proqram təminatı
Şöbə
Elektron hökumət həllərinin tətbiqi şöbəsi

26.08.2021

26.09.2021

Vakansiya haqqında məlumat

Vəzifə funksiyaları:

Elektron xidmətlərin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsində iştirak etmək;

Elektron xidmətlər barədə vətəndaşlardan daxil olan irad və təkliflərin təhlil edilməsi və aidiyyəti dövlət orqanlarına göndəriləcək məlumatların hazırlamasında iştirak etmək;

Elektron xidmətlərin hazırlanması üzrə əlaqəli dövlət orqanlarına və digər təşkilatlara metodik və əməli köməklik göstərmək;

Proqram məhsullarının proqram-texniki dəstəyini təmin etmək, verilmiş tapşırıq əsasında əlavə və dəyişiklikləri yerinə yetirmək;

Elektron xidmətlər sahəsində yeniliklərin izlənməsi, qabaqcıl texnologiyaların tətbiq olunması, şöbənin işinin təşkili ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;

Layihələrin texniki tərəflərini nəzərə alaraq onların sənədləşməsində iştirak etmək;

Layihələrin hazırlanmasında və onların təhlil edilməsində, layihəyə uyğun uyğun işçi heyətinin yaradılmasında, iş bölgüsünü aparılmasında, layihənin tapşırıqlarının bölünməsində və işlərin   zamanının təyin edilməsində iştirak etmək;

Proqram məhsullarında informasiyanın dayanıqlı və təhlükəsiz ötürülməsini təmin etmək;

Sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;

Layihələrin proqramlaşdırma, test və yerləşdirmə addımlarına nəzarət etmək;

Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavablandırmaq;

Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək;


Təhsil və ixtisas tələbləri

Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir 

Peşəkar bacarıqlara dair tələblər

Java

OOP (Object Oriented Programming)

SOLID principles

Design Patterns

Git version control

DSA (Data Structures and Algorithms)

Spring Boot (2.0)

JPA/Hibernate

Maven,Gradle

API (REST, SOAP) üzrə işləmə bacarığı

PostgreSQL, MS SQL ,Oracle 

Redis,MongoDB

Linux  server-lərlə işləmə bacarığı

Paylanmış sistemlər(distributed systems), OAuth 2.0 və openID protokolları ilə iş təcrübəsi arzu olunandır

Vert.x, Kafka, GRPC texnologiyaları ilə iş təcrübəsi arzuolunandır

Xarici dil bilikləri

İngilis və rus dilləri üzrə biliklər:

• ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

Biz təklif edirik:

·       Rəqabətə davamlı əmək haqqı

·       Performansa görə mükafatlandırma

·       Sosial və maddi qayğının təminatı

·       Müasir standartlara cavab verən işyeri və ən son texnologiyalarla təminat

·       Zəngin təcrübə və peşəkar inkişaf

·       Mehriban və inklüziv mühit

·       Tibbi siğorta

 

Dəyərlərimiz

·       Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik.

·       Səmərəlilik bütün planlarımızın məqsədidir

·       İnnovasiyalar bizi daha da gücləndirir

·       Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

·       Siz yox “Biz” prinsipi ilə çalışırıq

·       Ortaq məqsədləri paylaşırıq

·       Təvazökarlıq komandamızı irəliyə aparır

 

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşan Proqramçı olaraq karyerada yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq səni gözləyirik!