Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Mütəxəssis

Departament
İT İnfrastrukturunun İdarəedilməsi
Şöbə
Şəbəkə inzibatçılığı şöbəsi

07.05.2021

02.07.2021

Vakansiya haqqında məlumat

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs “şəbəkə inzibatçılığı üzrə mütəxəssis” vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi şəbəkə inzibatçılığı üzrə mütəxəssis axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

Şəbəkə inzibatçılığı üzrə aparıcı mütəxəssisin gözlənilən fəaliyyətinə aşağıdakılar daxildir 

- Şəbəkə avadınlıqlarının müntəzəm olaraq monitorinqi

- Şəbəkədə yaranan problemlərin qısa müddətdə analizi və problemin  aradan qaldırılması

- Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması

- Şəbəkədə edilən dəyişiliklərin və  problemlərin qeydiyyatının aparılması

- Şəbəkə dayanıqlığın təmin edilməsi və lazımı tədbirlərin görülməsi

- Bütün tapşırıqların intranet-task sistemi üzərində qeydiyyatı və icrası

- İPAM sistemi üzərində istifadə edilən ip-lərin müntəzəm olaraq qeydiyyatının aparılması

- Şəbəkə avadanlıqlarında OS-lərin ən son stabil versiyaya uyğun olaraq yenilənməsi və yoxlanılması

- Şəbəkə avadanlıqların müntəzəm olaraq konfiqurasiya backup-larının alınması

- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması  və prioritetlərin təyin  edilməsi

- 24/7 mövcudluğu

- İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflər hazırlaması

- Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirilməsi.

TƏLƏB OLUNUR:

İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə ali təhsili olanlara üstünlük verilir;

İngilis və rus dilləri üzrə biliklər;

ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

Əsas texniki biliklər:

- LAN, WAN və WLAN şəbəkələri və IT infrastrukturunun dizaynı, quraşdırılması və idarəedilməsi, yaranan problemlərin aradan qaldırılması

- Şəbəkə avadanlıqların (NGFirewall, Router, Switch, Access Point, Wireless Controller v.s) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarəedilməsi

- Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olmasi. (Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s)

- Static və Dynamic routing protokollari ilə işləmək bacarığı  (EIGRP, OSPF , BGP )

- İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması

- VPN texnologiyaları ilə işləmək bacarığı ( Site-to-Site, Remote Access, DMVPN)

- Təhlükəsiz şəbəkə girişinin idarəedilməsinin təmin edilməsi üçün ISE software (Identity Services Engine) və TACAS, RADİUS kimi protokollar ilə işləmək bacarığı

- L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi ( PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs v.s

- CCNA, CCNP Routing and Switching, CCNA Security sertifikatlarına sahib olması arzuolunandir

- Network istehsalçı firmalarının (Cisco, Palo Alto, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə

Davranış bacarıqları:

- Peşəkarlıq və məsuliyyətlilik

- Detallara diqqətcillik

- Komanda işi

- Planlama və təşkiletmə

- Aktiv öyrənmə bacarığı

- Verilmiş vaxtdan mükəmməl istifadə və idarəetmə bacarığı

- Problem analiz etmə

BİZ TƏKLİF EDİRİK:

- Rəqabətə davamlı əmək haqqı

- Performansa görə mükafatlandırma

- Tibbi siğorta

- Zəngin təcrübə və peşəkar inkişaf

- Müasir standartlara cavab verən işyeri və ən son texnologiyalarla təminat

- Mehriban və inklüziv mühit

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.


- Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik. 

- Səmərəlilik bütün planlarımızın məqsədidir

- İnnovasiyalar bizi daha da gücləndirir

- Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

- Siz yox “Biz” prinsipi ilə çalışırıq

- Ortaq məqsədləri paylaşırıq

- Təvəzökarlıq komandamızı irəliyə aparır

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!