Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Mütəxəssis

Departament
Proqram təminatı
Şöbə
Testləşdirmə

01.04.2021

01.05.2021

Vakansiya haqqında məlumat

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Testləşdirmə üzrə mütəxəssis vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhvəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Testləşdirmə üzrə mütəxəssis axtarışındadır. Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

Testləşdirmə üzrə mütəxəssisin gözlənilən fəaliyyətinə aşağıdakılar daxildir: 

Test keyslərinin hazırlanması;

Test ssenarilərinin hazırlanması və sənədləşdirilməsi;

Texniki sənədləşmə üzrə təcrübə (test ssenariləri və keysləri, istifadə kitabçaları);

Mobil və veb mühitlərinin test edilməsi;

Veb servis APİ-lərin test edilməsi;

Agile test metodologiyaları barədə məlumatlılıq;

Test nəticələri, habelə hazırlanmış məhsullarda kütləvi baş verən xətalar barədə hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;

Proqramlaşdırma və proqram təminatının inkişaf mərhələləri haqqında məlumat.

TƏLƏB OLUNUR:

Ali Təhsil (İnformasiya Texnologiyası yönümlü olanlara üstünlük verilir);

Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi; 

Texniki biliklər:

SQL üzrə biliklər (testlər zamanı lazım olacaq kiçik həcmli sorğuların yazılması və.s);

JSON və XML strukturu üzrə biliklər;

Auto-testing ilə bağlı biliklər (istifadə edilən alətlər barədə məlumat);

Test planlaması və sənədləşmə.

 Davranış bacarıqları:

Kommunikasiya (şifahi və yazılı);

İntellektuallıq və yaradıcılıq;

Təşkilatçılıq və komanda ilə işləmə bacarığı;

Dözümlülük, diqqətlilik, məsuliyyətlilik;

Hesabatlılıq.

BİZ TƏKLİF EDİRİK:

Rəqabətə davamlı əmək haqqı;

Performansa görə mükafatlandırma;

Zəngin təcrübə və peşəkar inkişaf;

Müasir standartlara cavab verən işyeri və ən son texnologiyalarla təminat;

Mehriban və inklüziv mühit;

Tibbi siğorta.

Biz işlərimizi şəffaflıqdürüstlük çərçivəsində icra edirik. 

Səmərəlilik bütün planlarımızın məqsədidir.

İnnovasiyalar bizi daha da gücləndirir.

Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq.

Siz yox “Biz” prinsipi ilə çalışırıq.

Ortaq məqsədləri paylaşırıq.

Təvəzökarlıq komandamızı irəliyə aparır.


Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!