Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Çağrı Mərkəzi

Aparıcı proqramçı (Back-end)

Departament
Proqram təminatı
Şöbə
Rəqəmsal həllərin tətbiqi

19.02.2021

01.04.2021

Vakansiya haqqında məlumat

        Vəzifə funksiyaları

·        Veb və mobil layihələr üçün servislərin (API) hazırlanması

·        Mövcud kodlarda əlavə və dəyişikliklərin edilməsi

·        Proqram təminatının işinin optimallaşdırılması

·        Standartlara uyğun kod yazımının aparılması

·        Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması

·        Texniki tapşırıq əsasında yerinə yetirilən işlərin zamanında təhvil verilməsinə riayət olunması

·        Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemin həll olunması

·        Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək

·        Fəaliyyət istiqaməti üzrə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavablandırmaq

·        Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək

 

 

 

Təhsil və ixtisas tələbləri

·        Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir 

Texniki biliklər

·        C#

·        OOP (Object Oriented Programming)

·        SOLID principles

·        Design Patterns

·        Git version control

·        DSA (Data Structures and Algorithms)

·        ASP.NET MVC, .Net Core

·        Entity framework, entity framework core

·        API (REST, SOAP) üzrə işləmə bacarığı

·        PostgreSQL, MS SQL kimi relyasiya bazaları üzrə yaxşı işləmə bacarığı

·        Redis, MongoDB bilikləri arzuolunandır

·        HTML, CSS, JavaScript bilikləri arzuolunandı

Xarici dil bilikləri

 •        ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

 

İş yerinin əlavə faydaları

·          Performansa uyğun əlavə ödənişlər

·          Həm komandada, həm də müstəqil tapşırıqlar

·          Şəxsi inkişaf imkanları