Çağrı Mərkəzi

Marketinq və Kommersiya üzrə mütəxəssis

Departament
Tərəfdaşlarla İş və Kommunikasiyalar
Şöbə
Marketinq və Kommersiya

09.09.2020

30.09.2020

Vəzifə funksiyaları

  • Mərkəz tərəfindən təqdim edilən cari və yeni məhsul və xidmətlərin potensial tərəfdaşlara təqdimatını təşkil etmək;
  • Həmin məhsul və xidmətlərin inkişafı istiqamətində təkliflərin verilməsi, müştəri istəklərinə uyğun formalaşdırılması, icrasına nəzarət edilməsi;
  • Satış kanallarını müəyyən edərək, satış planının hazırlanması, icra edilməsi; Uyğun sahədə yerli bazarı araşdırmaq, analizlər etmək, təhlillər aparmaq.
  • Müştəri bazasının genişləndirilməsi, layihələr üzrə görüşlərin keçirilməsi və əməkdaşlıq sonrası dəstəyin göstərilməsi;
  • Bazarda mövcud marketinq kampaniyalarının daim nəzarətdə saxlanması və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edilməsi;
  • İstifadə olunan layihələrin və xidmətlərin effektivliyinin təhlil edilməsi;
  • Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərin həll edilməsi;
  • Uyğun sahədə bazardakı potensial məhsul və xidmətlərin araşdırılması, yeni ideyaların və təkliflərin verilməsi.

Təhsil və ixtisas tələbləri

  • Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, Marketinq istiqamətləri üzrə arzuolunandır);

Texniki biliklər

  • MS Windows, MS Office, Internet – yüksək istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);

Xarici dil bilikləri

  • Yüksək Azərbaycan dili və İngilis dili bacarıqları (Rus dili arzuolunandır).

İş təcrübəsi

Uyğun sahədə min. 3-5 il iş təcrübəsinə malik olmaq;