Çağrı Mərkəzi

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirildi

alarm Created with Sketch. 11-03-2019

11 mart 2019-cu il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirildi.

Görüşdə İctimai Şuranın və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak etdilər.

İctimai Şuranın üzvlərinə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən ərsəyə gətirilmiş “myGov” şəxsi kabinet layihəsi təqdim olundu.

İştirakçılara adıçəkilən lahiyənin funksional imkanları, görülmüş işlər və növbəti addımlar barədə ətraflı məlumat verildi.

Daha sonra təqdim olunan layihə ətrafında geniş fikir mübadiləsi aparıldı, Şura üzvlərini maraqlandıran suallar cavablandırıldı, rəy və təkliflər bildirildi.