Rezident olun, imtiyazlardan yararlanın! İKT sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri texnoparkda bir çox imtiyazlar gözləyir. Texnoparka rezident olmaqla 10 il müddətində vergi, sosial və digər ödənişlər üzrə güzəşt və imtiyazlardan yararlana bilərsiniz.

Müraciət edin

Son xəbərlər

Layihələr

Technest Təqaüd Proqramı

“Technest” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Proqram fəaliyyətinin ilk ili olan 2021-2022 tədris ilində 600-dən çox gəncə təhsil üçün təqaüd ayırmışdır və onların gələcəyin peşəsinə yiyələnməyinə təkan vermişdir. Fəaliyyətinin ikinci ilində qarşıya qoyulan məqsəd təqaüdçü sayını 3000 nəfərə qaldırmaqdır.

Rəqəmsal Azərbaycana doğru

“Rəqəmsal Azərbaycana doğru” layihəsi regionlarda rəqəmsal savadlılığın artırılması, İKT üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, regionun İKT sahəsində mövcud potensialının ölçülməsi, daimi monitorinqə əsasən tədbirlərin görülməsi və inkişafa dəstək göstərilməsi məqsədilə həyata keçirilir.

Texnopark

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi texnoparka müraciət, müraciətlərin dəyərləndirilməsi və rezidentliyin verilməsi prosesini həyata keçirir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 dekabr 2022-ci il tarixində İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlarda və məcəllələrdə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalanmışdır. 1 yanvar 2023-cü ildən qüvvəyə minən yeni dəyişikliklər texnoparka rezidentlik alan hüquqi və fiziki şəxslərə şamil edilir.

Relokasiya proqramı

Dünyada İKT sahəsinin sürətli inkişafı və bu istiqamətdə rəqabətin artması üçün, ölkə siyasətlərində relokasiya proqramlarının yaradılmasına başlanılıb. Məhz bu səbəbdən Relokasiya layihəsi 2022-ci ildən etibarən fəaliyyətə başlamışdır. Layihə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yerli ekosistem mühitinin inkişaf startegiyalarına əsasən ərsəyə gəlmişdir. Yüksək səviyyəli mütəxəssislər və startaplarda innovativ layihələri ilə relokasiya etdikdən sonra müvafiq şərtlərə cavab verdikləri təqdirdə texnoparka rezidentlik əldə etmək üçün müraciət edə biləcəklər.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İsrailin Technion universiteti ilə birgə 3 il ərzində Azərbaycanda 1000- ə yaxın şəxsə kibertəhlükəsizlik təlimləri keçirilməsi nəzərdə tutulub.

IDDA Awards

"IDDA AWARDS" İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin innovasiyalar sahəsində həyata keçirdiyi mükafatandırma mərasimidir. Əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq və bu sahəyə olan marağı artırmaqdır.Müraciət ictimaiyyətə açıqdır. Hər kəs hər bir nominasiya üzrə meyarlara cavab verən məlumatları təqdim etməklə nominasiyada iştirak üçün müraciət edə bilər.

Ekosistem xəritəsi

Ekosistem xəritəsi Azərbaycanın innovasiya ekosisteminin bütün iştirakçılarını və onlar haqqında məlumatları əks etdirən məlumat səhifəsidir. Ekosistem xəritəsi Azərbaycanın innovativ inkişafı haqqında məlumatların təkcə ölkə daxilində deyil, hüdudlarından kənarda da yayılması məqsədinə xidmət edir. Ekosistem xəritəsinin bir hissəsi olmaq istəyən fiziki və hüquqi şəxslər öz layihəsinin janna daxil edilməsi üçün müraciət etmək imkanı əldə edəcəklər.

Nüvə Tədqiqatları Departamenti

Milli Nüvə Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasında nüvə elmləri və nüvə texnologiyaları sahəsində icraçı dövlət qurumu kimi yaranıb

Caucasus Ventures

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və özəl fərdi investorların iştirakı ilə birgə innovasiya ekosisteminin inkişafı üçün “Caucasus Ventures” vençur fondu təsis edilib. Fond fəaliyyəti üzrə toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırır. Sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.

Holberton Azerbaijan School

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School”la əməkdaşlıq edir. Holberton Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir.