Lang Azərbaycan dili
Ehim
Green Ball
Purple Ball

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı 1

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi media nümayəndələrinin jurnalistika sahəsində baş verən yeniliklər və trendlərlə tanış edilməsi, elektron xidmətlər və rəqəmsal həllər haqqında məlumatlandırılması və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir. Proqram iki hissədən ibarətdir: Vebinar təlimlər və 2200 ₼-lıq mükafat fonduna malik yazı müsabiqəsi. Proqrama qeydiyyatdan keçmək üçün elə indi müraciət edin.

Spikerlər

Proqram və spikerlər haqqında ətraflı məlumatı buradan əldə edin

Təşkilatçılar

Ən çox verilən suallar

Təlimdə iştirak ödənişlidirmi?

Xeyr, təlimdə iştirak üçün heç bir ödəniş tələb edilmir.

Təlimə qatıla bilmirəm, sonradan qeydə alınmış videonu izləyə bilərəmmi?

Təlimin video-qeydə alınması nəzərdə tutulmayıb. Təlimə hər hansı bir səbəbdən qatıla bilməyən şəxslər təlimin növbəti dalğalarında iştirak üçün yenidən müraciət edə bilərlər.

Vebinara necə qoşulum? Login məlumatlarını necə əldə edə bilərəm?

İştirakı təsdiqlənmiş namizədlərə vebinara qoşulmaq üçün məlumatlar elektron poçt ünvanı üzərindən göndəriləcək.

Təlim nə üçün hər kəsə açıq şəkildə deyil, limitli iştirakçılarla keçirilir?

Təlimin daha keyfiyyətli və effektiv olması baxımından təlimdə iştirak üçün yerlər məhduddur.

Təlimlə bağlı təkliflərim var, hara ünvanlaya bilirəm?

Təlimlə bağlı təkliflərinizi digicom@asan.gov.az elektron poçt ünvanına yönləndirə bilərsiniz.

Təlimin bir mərhələsində iştirak edib digərində etməyə bilərəmmi?

Xeyr, təlimə qatılanlar proqramın hər iki mərhələsində iştirak etməlidirlər. Yalnız proqramın hər iki mərhələsində iştirak etmiş jurnalistlər "Rəqəmsal Jurnalistikaya doğru" təlim proqramını bitirmiş hesab olunacaq və sertifikat əldə edəcəklər. Təlimə qatılanların vebinarda iştirakı və aktivliyi onlayn qaydada izlənəcək.

Təlimdə pul mükafatlı müsabiqədə şəffaflıq necə təmin ediləcək?

Müsabiqənin qaydalarına riayət olunmasının monitorinqi, eləcə də qaliblərin müəyyənləşdirilməsinin obyektivliyi və qərəzsizliyi jüri heyəti tərəfindən təmin olunacaqdır. Seçim qiymətləndirmə kriteriyalarına uyğun qaydada həyata keçiriləcək.

İştirakçılar hansı kriteriyalar üzərindən və necə seçilir?

Təlimdə iştirak üçün rəqəmsallaşma, elektronlaşma və texnologiya kimi mövzuları yaxından izləyən, uyğun sahədə çalışan, mövzu üzrə araşdırma aparan jurnalistlər, blogerlər, vlogerlər və digər aidiyyatı işlərlə məşğul olan şəxslərə üstünlük verilir. Xüsusi təyin edilmiş jüri heyəti tərəfindən namizədlərin müraciətləri analiz ediləcək.

Təlimdə istifadə edilən PowerPoint slaydlarını əldə edə bilərəmmi?

Təəssüf ki, təlimdə istifadə edilən materialların iştirakçılarla paylaşılması nəzərdə tutulmur. Seçilməyən namizədlər növbəti təlim proqramlarında iştirak üçün yenidən müraciət edə bilərlər.

Gələcək təlimlərinizə sponsorluq etmək istəyirəm. Bununla bağlı hara müraciət edim?

Sponsorluqla bağlı təkliflərinizi digicom@asan.gov.az elektron poçt ünvanına yönləndirə bilərsiniz.