Lang Azərbaycan
Ehim

EduHack Baku Hackathon

  • location Online
  • clock 00:00

UNEC, INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi və SUP.VC şirkətinin birgə təşkilatçılığı ilə "EduHack" hakatonu baş tutacaq. Hakatonda innovativ yollardan istifadə edərək distant təhsildəki problemləri həll etmək üçün 3-5 nəfərdən ibarət komanda iştirakçıları 3 gün boyunca öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.

Ən maraqlı məqam isə 6000 AZN -lik mükafat fondudur. Beləki,

▪️ 1-ci yer 3000 AZN

▪️ 2-ci yer 2000 AZN

▪️ 3-cü yer 1000 AZN

Artıq distant təhsildə görüb şikayətləndiyiniz məsələlər sizin üçün dəyərləndirməyə hazır olan bir fürsətdir. Fürsəti qaçırmamaq üçün hakatona siz də qoşulun

? Tarix: 31 İyul-1,2 Avqust, 2020

?Qeydiyyat: https://bit.ly/2ZnmqRF

✅Son qeydiyyat tarixi: 29 İyul