Lang Azərbaycan
Ehim

1st IBA Regional Hackathon

IBA Tech Academy

  • location Bakı Ekspo Mərkəzi
  • clock 09:00
Azərbaycan Beynəlxalq Bankı və IBA Tech Akademiyası bankçılıq üzrə biznes ehtiyaclarına yönəlmiş ən böyük innovativ ideya marafonunu təqdim edir. IBA Regional Hackathonu Kiçik və orta biznesə, nağdsız ödəniş infrastrukturunun inkişafına və müştəri məmnuniyyətinin əldə olunmasına innovativ texnologiyalar, yeni ideyalarla öz töhfələrini vermək istəyənlər üçün bir çağırışıdır.
İştirakçılar 29 fevral - 1 mart tarixlərində 2 gün boyunca komanda halında çalışaraq effektiv nəticələrə can atacaqlar.


Hakatonun əsas istiqamətləri:
Burada fərqli hədəf istiqamətlər olacaq. İştirakçılar aşağıdakı mövzulardan birini, ya başqa bir uyğun istiqaməti seçməkdə sərbəstdirlər:
Sahibkarlığın inkişafı: kiçik və orta biznesə kredit xidmətləri, inteqrasiya olunmuş həllər, mikromaliyyələşmə, ödənişlər, data analitikası, kredit təhlili, ticarətin maliyyələşdirilməsi,
Müştəri xidmətləri: müştəri müraciətlərinin inkişafı, müştəri loyallığı proqramları, müştərini tanıma, şəxsi maliyyə menecmenti və s.

Kimlər müraciət edə bilər?
Proqramçılar, dizaynerlər, sahibkarlar, ümumilikdə isə maliyyə sahəsində innovativ həllərə maraq göstərən hər kəs IBA Regional Hackathonuna qoşula bilər.

Hakaton haqqında
Hər zaman inkişafda olan bankçılıq həlləri və proqramları ilə ABB developer və sahibkarları birləşdirən qruplarla çalışmaqda öncül mövqeyə sahibdir. Start götürəcək Hackathonda isə developerlər, professionallar, sahibkarlar, həvəskarlar bir həftəsonu boyunca komanda şəklində innovativ həllər axtaracaq, prototip və demolar quraraq hakimlərə təqdim edəcəklər. 36 saat davam edəcək Hackathonda, məqsədimiz yuxarıda qeyd olunan əsas istiqamətlər üzrə yaranan keyslərdə istifadə oluna biləcək ideyaların müəyyənləşəndirilməsidir

? https://www.ibahackathon.com/