Lang Azərbaycan
Ehim

13 iyun 2019 - 04:00

ASAN Login nədir?

ASAN Login nədir?

13 iyun 2019 - 04:00

ASAN Login Azərbaycanın “Single Sign On” sistemidir. Bəs “Single Sign On” nədir? “Hər nədirsə ancaq Amerikada mümkündür” deyib keçməyin...

Yaxın oturun! Kaliforniyaya səyahət edib “Google”un baş ofisinə ziyarət etməyə ehtiyac yoxdur. Sizə bir az Single Sign Ondan danışaq! Bu sistem vasitəsilə istifadəçilər bir yerdən qeydiyyatdan keçməklə bütün digər inteqrasiya olunmuş sistemlərə giriş edə bilir. Bunun dünyadakı ən uğurlu nümunəsi olaraq elə “Google”un özünü göstərə bilərik.

ASAN Login sistemi də yeni texnologiyalar (mikroservis arxitekturası) əsasında hazırlanmış müxtəlif sistemlər (veb, mobil) üçün mərkəzi autentifikasiya va avtorizasiya sistemidir. Yəni ki, ASAN Login sisteminə bir dəfə daxil olan zaman bu giriş sistemini istifadə edən digər sistemlərə də avtomatik olaraq giriş edilmiş olur. Eyni zamanda inteqrasiya olunmuş hər hansı bir sistemdən çıxış zamanı bütün sistemlərdən çıxış baş tutur. Bu isə təkrarçılığın qarşısını aldığı üçün zamana qənaət etməyə yardımçı olur. Bununla da bir şəxsə aid çoxsaylı istifadəçi adları və şifrələrin unudulması hallarının da qarşısı alınır.

Ümidvarıq ki, ASAN Login sisteminin nə olduğunu kifayət qədər aydın izah edə bildik. Necə deyərlər “bir klik qədər ASAN!”

Müəllif © Orxan İsmayılov

0 Comments