Azərbaycan
Ehim

22 iyul 2018 - 04:00

Qabaqlayıcı hökümət dedikdə nə başa düşülür?

Qabaqlayıcı hökümət dedikdə nə başa düşülür?

22 iyul 2018 - 04:00

Əvvəllər vətəndaş dövlət xidmətlərinə müraciət etdikdən sonra dövlət vətəndaşın müraciətinə reaksiya verirdisə “myGov” portalından sonra dövlət vətəndaşlara müraciət etməsi labüd olan xidmətlər haqqında SMS, e-mail, həmçinin şəxsi kabinet vasitəsilə öncədən bildirişlər göndərir. Bu konsepsiyanı həm də reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid adlandıra bilərik.

“myGov” portalı qabaqlayıcı hökumət konsepsiyası əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaş “myGov” portalı vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilər.

0 Comments