Lang Azərbaycan
Ehim

6 iyul 2020 - 04:00

Dördüncü Sənaye İnqilabı: sürətli inkişaf, insanları gözləyən təhlükə

Tarixdə baş vermişən əksər inqilablar dağıdıcı təbiətə malik olsa da, haqqında bəhs edəcəyim inqilab yeni inkişaf modelinin qaçılmaz davamıdır. Son on

Dördüncü Sənaye İnqilabı: sürətli inkişaf, insanları gözləyən təhlükə

Tarixdə baş vermişən əksər inqilablar dağıdıcı təbiətə malik olsa da, haqqında bəhs edəcəyim inqilab yeni inkişaf modelinin qaçılmaz davamıdır. Son on

6 iyul 2020 - 04:00

Sənaye inqilablarında tarixi yol

Tarixdə baş vermişən əksər inqilablar dağıdıcı təbiətə malik olsa da, haqqında bəhs edəcəyim inqilab yeni inkişaf modelinin qaçılmaz davamıdır. Son onilliklərdə istifadə olunan Dördüncü Sənaye İnqilabı ifadəsi tarixi aspektdən baxdıqda müasir dünyanın tələbi kimi ortaya çıxmışdır. Artıq bütün əhəmiyyətli beynəlxalq konfransların trend mövzusu olan IV sənaye inqilabı əhatə dairəsini genişləndirməkdədir. Elmi-texnoloji inkişaf, xüsusilə, rəqəmsallaşmanın sürətlənməsi Dördüncü Sənaye İnqilabını formalaşdıran təməl elementlərdən hesab edilir. Ötən əsrin 60-cı illərində III sənaye inqilabı baş vermişdi. Artıq istehsalat prosesində avtomatlaşmanın geniş miqyasda tətbiqi, kompüterləşmənin sürətlənməsi inqilabın növbəti mərhələsinin əvvəlkilərlə müqayisədə daha tez baş verəcəyini təxmin etməyə əsas verirdi.

Dördüncü Sənaye İnqilabı və Azərbaycan

Azərbaycanda da ən yüksək səviyyədə Dördüncü Sənaye İnqilabı mövzusu gündəmə gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bildirir: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir”.

Danılmaz həqiqətdir ki, dünya ölkələri Dördüncü Sənaye İnqilabının sürətli axınında sağ qalmaq üçün elektronlaşma, rəqəmsallaşma, elmi-texniki tərrəqidə sürətli nailiyyətlərə nail olmaq istəyir. Bu baxımdan, Azərbaycanda da bu istiqamətdə önəmli addımlar atılıb. Ölkədə dövlət idarəetmə sisteminin, demək olar ki, bütün sahələri elektronlaşdırılıb. Həmçinin, Azərbaycanın kosmik ölkəyə çevrilməsi də Dördüncü Sənaye İnqilabının formalaşdırdığı hədəflərin miqyasını təsəvvür etməyə imkan verir. Azərbaycanı regionda innovasiyalar mərkəzizə çevirmək üçün səsləndirilən fikirlər, Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədi yeni inqilabi dövrə hökumətin yanaşmasını ortaya qoyur.

Dünya iqtisadiyyatında sürətli iqtisadi artımın yaranması və ümumilikdə, qlobal məhsuldan əldə olunmuş gəlir əsasında irimiqyaslı investisiyaların cəlbi yeni sənaye inqilabı üçün münbit şərait formalaşdırdı.

Mövzu ilə bağlı fikirlərini açıqlayan Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov bildirir ki, Dördüncü Sənaye İnqilabı bundan əvvəlki sənaye inqilabı dövrünün məntiqi davamıdır: “Əvvəlki inqilabı dövrdə iqtisadiyyatın intensiv robotlaşdırılması baş verdi. Bunun nəticəsində istehsal olunan qlobal məhsul yüksək gəlir əldə edilməsinə şərait yaratdı. Dünya iqtisadiyyatında sürətli iqtisadi artımın yaranması və ümumilikdə, qlobal məhsuldan əldə olunmuş gəlir əsasında irimiqyaslı investisiyaların cəlb edilməsi yeni sənaye inqilabı üçün münbit şərait formalaşdırdı. Qlobal rəqabətin kəskinləşməsi şəraitində iri şirkətlər ekstremal şəraitdə çevik reaksiya göstərmək üçün yüksək texnologiyaların inkişafına investiyalar cəlb etməyə başladılar. Bunun nəticəsi olaraq elmi tədqiqat işlərinin sürətlənməsi müşahidə edildi. Əşyaların interneti, bulud texnologiyaları, biotexnologiya, süni intellekt və sair. kimi texnologiyaların ortaya çıxması ilə nəticələndi. Bu, dördüncü sənaye inqilabının sənayesi ilə üçüncü inqilabi dövrün sənayesinin vahid qlobal sənaye ilə birləşməsidir. Dördüncü Sənaye İnqilabındakı bütün proseslər qlobal idarəetmə sistemində birləşir. Qlobal idarəetmə sistemində ən önəmli rolu isə “data science” oynayır”.

Sosioloji baxımdan rəqəmsallaşmanın artan templə inkişafı qlobal səviyyədə işsizliyin artmasına səbəb ola bilər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, dünya iqtisadiyyatında baş verən transformasiya hər kəsə bəlli olan reallıqdır: “Biz bu yeniliklərin həm texnoloji, həm də institusional olaraq reallaşmasının şahidi oluruq. Eyni zamanda, Dördüncü Sənaye İnqilabı ilə yeni və daha effektiv idarəetmə institutlarının formalaşdığını görürük. İnqilabın bu mərhələsi tərəqqi ilə bağlıdır və iqtisadiyyatda artıma, dinamikaya səbəb olur. Yeni inqilabi dövr iqtisadi artıma təkan verməklə yanaşı, yeni qlobal çağırışları formalaşdırır. Bu çağırışlar ictimai-siyasi, sosial və iqtisadi amillərlə bağlıdır. İctimai-siyasi amil kimi kibertəhlükəsizlik məsələsi orataya çıxır. Hazırkı zamanda bir güllə atılmadan müharibələrin reallaşa bilməsi faktlarla ortadadır. Kibertəhlükəsizliyin olmaması ölkələrin məhvinə, dağıdıcı proseslərə səbəb ola bilir. Digər mühim məqam biotexnologiyaların inkişafı nəticəsində bioloji silahların yaranmasıdır. Biz anlayırıq ki, bioloji silahlar vasitəsilə dünyanın iqtisadi sisteminə hansı zərər dəyə bilər. Sosioloji baxımdan rəqəmsallaşmanın artan templə inkişafı qlobal səviyyədə işsizliyin artmasına səbəb ola bilər. Təbii ki, dövlətlərin effektiv addımları bu sosioloji fəlakətin qarşısını ala bilər. Yeni iqtisadi inkişaf xammal istehsalı əsasında köhnə texnologiyalara söykənən iqtisadi sistemli ölkələrin rəqabətliliyini aşağı sala bilər. Ancaq effektiv iqtisadi prioritetlərin müəyyənləşməsi ilə gözlənilən mənfi təsirlərin qarşısının alınması mümkündür”.

Dördüncü Sənaye İnqilabı ilə bir vaxtlar xəyal kimi görünən idealların reallaşma sürəti zamanı qabaqlayır. İnsanların yeniliklərə adaptasiyası bu sürətli inkişafla mütənasiblik təşkil edir. Bu dövrdə sağ qalmağı bacaranlar qloballaşmanın elementi ola biləcəklər.

Müəllif: Elvin Səlimov

0 Comments