Lang Azərbaycan
Ehim
  • Ana səhifə /
  • Bloqlar /
  • Alibaba insanda Koronavirus infeksiyasını 96% dəqiqliklə təyin edə bilən Süni İntellekt (AI) sistemi inkişaf etdirir

6 mart 2020 - 04:00

Alibaba insanda Koronavirus infeksiyasını 96% dəqiqliklə təyin edə bilən Süni İntellekt (AI) sistemi inkişaf etdirir

Süni İntellekt Kompyuter Tomoqrafiyasını (bundan sonra KT) 20 saniyədə analiz edə bilir!

Alibaba insanda Koronavirus infeksiyasını 96% dəqiqliklə təyin edə bilən Süni İntellekt (AI) sistemi inkişaf etdirir

Süni İntellekt Kompyuter Tomoqrafiyasını (bundan sonra KT) 20 saniyədə analiz edə bilir!

6 mart 2020 - 04:00

Alibaba e-pərakəndə portalı olmaqla yanaşı bir çoxları tərəfindən Amazon-un Çin versiyası kimi də qəbul edilir. Şirkət yeni Koronavirusu insandan daha sürətli və 96% dəqiqliklə təyin edə biləcək Süni İntellekt (bundan sonra Sİ) sistemi təkmilləşdirib.

Nikkei Asian Review qeyd edir ki, diaqnozların alqoritmi Alibabanın hələ 2017-ci ildə təsis etdiyi Demo Akademiyası tədqiqat institutu tərəfindən hazırlanıb. Alqoritm 5000-dən çox təsdiqlənmiş Koronavirusa yoluxan pasient üzərində test edilib və COVID-19-a yoluxmuş xəstələrin müayinə nəticələrini adi viral pnevmoniyaya tutulan xəstələrinkindən 96% dəqiqliklə ayırd edib.

Sİ, xüsusilə, diaqnoz qoymaq sürətinə görə də faydalı hesab oluna bilər. Həkim KT müayinəsini 5-20 dəqiqə arası analiz edərkən Sİ bu prosesi yalnızca 20 saniyəyə həyata keçirir.

Alqoritmin yaradıcıları qeyd edir ki, bu həmçinin, “ən son müalicə qaydaları və yenicə yayımlanan araşdırma”nı da özündə cəmləyir. Alibaba şirkəti bildirib ki, çoxsaylı infeksiya halları ilə qeydə alınan Hubei, Guangdong və Anhui əyalətlərində yerləşən 100-dən çox xəstəxana yaxın zamanlarda bu sistemin tətbiqinə başlayacaq.

Koronavirusa tez bir zamanda dəqiq diaqnoz qoyula bilməsi Çin xəstəxanalarının işini nisbətən yüngülləşdirməyə kömək edə bilər. Eyni zamanda, sistem həkimlərə imkan yarada bilər ki, xəstəliyə yoluxmuş şəxslərə daha çox zaman ayırsınlar.

Ən son tech-lə bağlı yayılan xəbərlərə əsasən Apple şirkəti Çində qapalı qalan işçilərə yardım paketləri (içərisinə Ipad də daxildir) göndərir. Virus, eyni zamanda, Çindəki Galaxy S20 satışının Cənubi Koreyadakı S10 satışından 50% aşağı olmasına səbəb olub.

Mənbə: Techspot.com

Müəllif: Rob Thubron

Tərcümə edən: Aydan Abasquliyeva

0 Comments