Lang Azərbaycan
Ehim

15 oktyabr 2019 - 04:00

Google Fırtınası - Dünya nəhəngi yeni məhsullarını təqdim etdi

Texnologiya nəhəngi "Made by Google 2019" adlı tədbirdə yeni məhsullarını təqdim etdi.

Google Fırtınası - Dünya nəhəngi yeni məhsullarını təqdim etdi

Texnologiya nəhəngi "Made by Google 2019" adlı tədbirdə yeni məhsullarını təqdim etdi.

15 oktyabr 2019 - 04:00

15 oktyabr 2019-cu il tarixdə Nyu-Yorkda təşkil olunan "Made by Google 2019" adlı tədbirdə texnologiya nəhəngi Google öz yeni məhsullarını ictimaiyyətə təqdim edib.  Gəlin bu məhsullar ilə birgdə tanış olaq.

 

1. Google Stadia

 

Google Stadia mərkəzi "Cloud" sistemi əsasında işləyəcək minlərlə oyunlara abunə olma imkanı yaradan bir xidmətdir. 19 Noyabr tarixində müxtəlif ölkələr üçün istifadəyə verilməsi planlaşdırılır. Təəssüf ki, istifadəyə veriləcək ilkin ölkələr arasında Azərbaycanın adı hələ ki yoxdur.

2. Pixel Buds

 

Google 2017-ci ildə real rejimdə sinxron tərcümə etməyi bacara bilən "Pixel Buds" adlı  "bluetooth" ilə işləyən ağıllı qulaqlığı təqdim etmişdi. Son təqdimat mərasimində isə "Pixel Buds" tamamilə yeninlənmiş formada texnomanların qarşısına çıxdı. Belə ki, yeni versiya tamamilə naqilsiz şəkildə işləyəcək. 2020-ci ilin yazında satışa çıxarılması planlaşdırılan məhsulun qiyməti 179 USD olacaq.

 

3. Pixelbook Go

 

Google Chrome OS əməliyyat sistemi ilə işləyən yeni Chromebook modeli olan Pixelbook Go-nu təqdim etdi.  13.3 inc ekran, 16 RAM və 256 GB daxili yaddaşa malik olan məhsul 649 USD müqabilində satışa çıxarılacaq

4. Nest Aware

 

Bu məhsul ilə Nest kamerları tərəfindən qeydə alınan görüntülər "Cloud" sistemində yerləşdirilərək qorunacaq və ehtiyat nüsxələri yaradılacaq. Video tarixçələrin uzun müddət qorunması üçün ideal baza olan Nest Aware 6-12 USD qiymət aralığında istifadəçilərə təqdim olunacaq.

5. Nest Wi-Fi

 

Google öz Wi-Fi routeri ilə Google Home səsucaldanını birləşdirərək həm Wi-Fi həm də səsucaldan funksiyasını daşıyan Nest Wi-Fi modelini təqdim edib. Məhsul 4 noyabr tarixindən etibarən 269 USD müqabilində satılacaq.

6. Nest Mini



Daha öncə Google Home Mini olaraq təqdim olunan smart səsucaldan yenilənmiş əməliyyat sistemi və dizaynı ilə Nest Mini adlandırılıb. 22 oktyabrdan etibarən 49 USD qarşılığında satılacaq məhsul ağıllı səsucaldan funksiyasını yerinə yetirir. Google Assistant ilə inteqrasiya olunan Nest Mini istifadəçilərə günlük hava durumu, yollarda tıxac vəziyyəti, saat, zəngli saat, Google axtarış sistemi, sevimli musiqinin  ifa olunması kimi bir sıra smart xidmətlər göstərir.

7. Pixel 4 və Pixel 4 XL smartfonları


Google Pixel smartfon ailəsinə 2 yeni üzv qoşuldu. Pixel 4 və Pixel 4 XL smartfonlarının əsas yenilikləri ağıllı Google Assistant vasitəsilə və jestlərlə idarə oluna bilməsidir. Belə ki, smartfona "Hey, Google! Mənim Tokyodakı şəklimi tap və Jane ilə paylaş" komandası vermək mümkündür, eyni zamanda smartfon əl jestləri ilə idarə oluna bilir. Bildirişləri əl jestləri ilə açmaq və bağlamaq, videonu jestlər ilə dayandırıb, davam etdirmək mümkündür.

Pixel 4 (799 USD)

5.7 inc ekran

2800 mAh enerji tutumu

6 RAM

12 mgp kamera

Pixel 4 XL (899 USD)

6.3 inc ekran

3700 mAh enerji tutumu

6 RAM

16 mgp kamera

 

 Müəllif © Orxan İsmayılov

 

0 Comments