Lang Azərbaycan
Ehim

24 sentyabr 2019 - 04:00

MS Paint proqramı ilə rəsm əsərləri çəkən qoca sinyora!

88 yaşlı xanım Konka Qarsia Zaera sadə imkanlara malik olan MS Paint proqramı vasitəsilə xariqələr yaradır.

MS Paint proqramı ilə rəsm əsərləri çəkən qoca sinyora!

88 yaşlı xanım Konka Qarsia Zaera sadə imkanlara malik olan MS Paint proqramı vasitəsilə xariqələr yaradır.

24 sentyabr 2019 - 04:00

Bu nənə başqa nənədir! Belə ki, digərlərindən fərqli olaraq vaxtını hörgü hörərək keçirməsə də ən az onun qədər səbr tələb edən bir işlə məşğul olur. Hansı ki, bu məşğuliyyəti ilə sinyora Instagram fenomeninə çevrilməyi bacarıb və hazırda 240 mindən çox izləyicisi var :) 

https://www.instagram.com/conchagzaera/

Bəs, 88 yaşlı xanım Konka Qarsia Zaeranı Instagram fenomeninə çevirən nədir?

Cavab çox sadədir. Eynən MS Paint proqramı qədər!

O çox sadə imkanlara malik olan MS Paint proqramı vasitəsilə möhtəşəm rəsm əsərləri yaradır. Özünün dediyinə görə qızının onuna kompüter hədiyyə etməsindən sonra bir proqram ilə tanış oldu, bu MS Paint proqramı idi. Həyat yoldaşı xəstə yatağında olduğu üçün əksər vaxtını evdə həyat yoldaşına qulluq edərək keçirən sinyora boş vaxtlarında MS Paint proqramında şah əsərlər yaradır. Rəsmləri yaratmaq üçün isə həyat yoldaşının gənclikdə ona göndərdiyi kartlarda təsvir olunan şəkillərdən ilham alır.

Onun proqram vasitəsilə yaratdığı rəsmlərdən bir neçəsi ilə tanış olaq :







Müəllif © Orxan İsmayılov

0 Comments