Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Şöbə müdiri

Departament
İT infrastrukturun idarəedilməsi
Şöbə
Verilənlər bazalarının idarə edilməsi şöbəsi

17.10.2022

19.11.2022

Vakansiya haqqında məlumat

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs İT infrastrukturun idarəedilməsi departamentinin Verilənlər bazalarının idarəedilməsi şöbəsinin müdiri vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Verilənlər bazalarının idarəedilməsi komandasına “şöbə müdiri” axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər.


Vəzifə funksiyaları:

Tabeliyində olan işçilərin iş yerlərinin vəzifələrinə uyğun təşkil və təmin olunmasına nəzarət edilməsi;

Əməkdaşların kvalifikasiyasının yüksəldilməsi üzrə planlamaların aparılması, tədris proseslərinin təşkil edilməsi;

Məhsuldar iş üçün lazımi şəraitin yaradılması, şöbənin səviyyəsinin və səmərəliliyinin artırılması üçün tədbirlərin hazırlanması;

Şöbədaxili kadr tələblərinin təhlil edilməsi;

Şöbədə kadrların seçilməsi və yerləşdirilməsi, şöbənin işçiləri üçün mənəvi və maddi təşviqlər üzrə üst rəhbərliyə təkliflərin təqdim edilməsi;

Şöbənin işçilərinin səlahiyyətinə aid bir sıra məsələlərin müəyyənləşdirilməsi, şöbənin işçiləri arasında vəzifələrin bölüşdürülməsi, zəruri hallarda iş təlimatlarının hazırlanması və nəzərdən keçirilməsi;

Şöbənin iş fəaliyyətinin təşkili və nəzarətinin planlaması, digər şöbələrlə iş fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi;

Şöbədaxili iş rejimi və qrafiklərin tənzimlənməsi;

Verilənlər bazaların təhlükəsizliyinin təmin olunması ilə bağlı işlərin planlaması və təşkili;

İnfrastrukturda verilənlər bazalarının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;

Şöbədaxili işlərin yerinə yetirilməsi, həmçinin verilənlər bazaları üzrə texniki sənədləşmənin hazırlanması;

Verilənlər bazalarının inteqrasiyası, miqrasiya işlərinin mərhələli şəkildə planlaması;

İnteqrasiya və miqrasiya proseslərinin hər mərhələsindən sonra və yekunda bazaların təhlil edilməsinin təşkili və nəticələrə uyğun qərarların qəbul edilməsi;

Verilənlər bazalarında yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflərin hazırlanması və planlaması;

Bazaların təşkili, onun fasiləsiz işinin təmin edilməsi, inteqrasiyası, miqrasiya işlərinin aparılması, yeni texnologiyaların tətbiqi ilə bağlı reqlament sənədlərinin hazırlanması;

Strukturun və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;

Vəzifəsi üzrə departament müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.


TƏLƏB OLUNUR

Təhsil və ixtisas tələbləri:

Ali təhsil;

Müvafiq ixtisas kursları (üstünlükdür).

Dil bilikləri:

Azərbaycan dili (yüksək səviyyədə);

İngilis dili (üstünlükdür);

Rus dili (üstünlükdür).

İş təcrübəsi:

Sahə üzrə iş təcrübəsi minimum 3 (üç) il.

Peşəkar bacarıqlara dair tələblər:

ITIL prinsipləri üzrə biliklər;

MS SQL, Mongo, MySQL, PostgreSQL DB;

Linux, Windows platformalarında verilənlər bazası ilə işləmə;

Yüksək yüklü verilənlər bazasının idarə edilməsi;

Komandanın idarə edilməsi;

Verilənlər bazalarının İT təhlükəsizliyi üzrə biliklər;

Database Backup, Restore and Recovery;

HA klasterlərin qurulması;

Təqdimat bacarıqları;

“Agile” metodologiyasına uyğun olaraq bilik və işləmək bacarıqları.

Davranış bacarıqları:

Stressin idarəedilməsi;

Təşəbbüskarlıq;

Məsuliyyətlilik;

Komandada işləmək bacarığı;

Planlama və təşkiletmə;

Aktiv öyrənmə bacarığı;

Vaxtın idarəedilməsi;

Problem analiz etmə.


BİZ TƏKLİF EDİRİK

Rəqabətədavamlı əmək haqqı;

Performansa görə mükafatlandırma;

Zəngin təcrübə və peşəkar inkişaf;

Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat;

Mehriban və inklüziv mühit.


“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyasını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik;

Səmərəlilik bütün planlarımızın məqsədidir;

İnnovasiyalar bizi daha da gücləndirir;

Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq;

Siz yox “Biz” prinsipi ilə çalışırıq;

Ortaq məqsədləri paylaşırıq;

Təvazökarlıq komandamızı irəliyə aparır.

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır, karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!


*Qeyd: 

Yalnız yuxarıda qeyd olunan bütün tələblərə cavab verən şəxslərin müraciət etməsi xahiş olunur.