Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Şöbə müdiri

Departament
İT infrastrukturun idarəedilməsi
Şöbə
Sistem inzibatçılığı şöbəsi

14.10.2022

13.11.2022

Vakansiya haqqında məlumat

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs İT infrastrukturun idarəedilməsi departamentinin Sistem inzibatçılığı şöbəsinin müdiri vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Sistem inzibatçılığı komandasına “şöbə müdiri” axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər.

Vəzifə funksiyaları:

Tabeliyində olan işçilərin iş yerlərinin vəzifələrinə uyğun təşkil və təmin olunmasına nəzarət edilməsi;

Əməkdaşların kvalifikasiyasının yüksəldilməsi üzrə planlamaların aparılması, tədris proseslərinin təşkili;

Məhsuldar iş üçün lazımi şəraitin yaradılması, şöbənin səviyyəsinin və səmərəliliyinin artırılması üçün tədbirlərin hazırlanması;

Şöbədaxili kadr tələblərinin analiz olunması;

Şöbədə kadrların seçilməsi və yerləşdirilməsi, şöbənin işçiləri üçün mənəvi və maddi təşviqlər üzrə üst rəhbərliyə təkliflərin təqdim edilməsi;

Şöbənin işçiləri arasında vəzifələrin bölüşdürülməsi, zəruri hallarda təqdimatların hazırlanması və nəzərdən keçirilməsi;

Şöbənin iş fəaliyyətinin təşkili və nəzarətin planlanması, digər şöbələrlə iş fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi;

Şöbədaxili iş rejimi və qrafiklərin təşkil edilməsi;

İnfrastrukturda təhlükəsizliyin təmin olunması ilə bağlı işlərin planlanması və təşkili;

İnfrastrukturda server avadanlığı və proqram təminatının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;

Yeni server avadanlığı və server proqram təminatının alınması üçün təkliflərin hazırlanması;

Şöbədaxili işlərin yerinə yetirilməsi, həmçinin server avadanlığı və proqram təminatından istifadə üzrə texniki sənədləşmənin hazırlanması;

İnfrastrukturda inteqrasiya, miqrasiya işlərinin mərhələli şəkildə planlanması;

İnteqrasiya və miqrasiya proseslərinin hər mərhələsindən sonra və yekunda sistemlərin təhlil edilməsinin təşkil olunması və nəticələrə uyğun qərarların qəbul edilməsi;

İnfrastruktura yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflərin hazırlanması və planlanması;

İnfrastrukturun təşkili, onun fasiləsiz işinin təmini, inteqrasiya, miqrasiya işlərinin aparılması, yeni texnologiyaların tətbiqi ilə bağlı reqlament sənədlərinin hazırlanması;

Strukturun və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;

Vəzifəsi üzrə departament müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

TƏLƏB OLUNUR

Təhsil və ixtisas tələbləri:

Ali təhsil;

Müvafiq ixtisas kursları (üstünlükdür).

Dil bilikləri:

Azərbaycan dili (yüksək səviyyədə);

İngilis dili (üstünlükdür);

Rus dili (üstünlükdür).

İş təcrübəsi:

Sahə üzrə iş təcrübəsi minimum 3 (üç) il.

Peşəkar bacarıqlara dair tələblər:

ITIL prinsipləri üzrə biliklər;

DevOps metodoloqiyası üzrə biliklər;

Paylanmış korporativ məlumat ötürmə şəbəkələrinin şəbəkə texnologiyaları haqqında biliklər;

Aparıcı server virtualizasiya platformalarından birini bilmək;

Məlumat ötürmə şəbəkəsinin (SAN) təşkili texnologiyaları və vasitələri haqqında biliklər;

Server avadanlıqları və məlumat saxlama sistemlərinin dayanıqlığına dözümlülük təmin edən texnologiyalar və vasitələr haqqında biliklər;

Fiziki maşınlarda, virtual və bulud mühitlərində serverlərin və xidmətlərin ehtiyat nüsxəsini çıxarmaq və arxivləşdirmək texnologiyaları haqqında biliklər;

Windows və Linux infrastrukturu haqqında biliklər;

İnfrastrukturun İT təhlükəsizliyi üzrə biliklər.

Davranış bacarıqları:

Stressin idarəedilməsi;

Təşəbbüskarlıq;

Məsuliyyətlilik;

Komandada işləmək bacarığı;

Planlama və təşkiletmə;

Aktiv öyrənmə bacarığı;

Vaxtın idarəedilməsi;

Problem analiz etmə.


BİZ TƏKLİF EDİRİK

Rəqabətədavamlı əmək haqqı;

Performansa görə mükafatlandırma;

Zəngin təcrübə və peşəkar inkişaf;

Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat;

Mehriban və inklüziv mühit.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyasını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik;

Səmərəlilik bütün planlarımızın məqsədidir;

İnnovasiyalar bizi daha da gücləndirir;

Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq;

Siz yox “Biz” prinsipi ilə çalışırıq;

Ortaq məqsədləri paylaşırıq;

Təvazökarlıq komandamızı irəliyə aparır.

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır, karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!

*Qeyd: 

Yalnız yuxarıda qeyd olunan bütün tələblərə cavab verən şəxslərin müraciət etməsi xahiş olunur.