Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Kommunikasiyalar üzrə mütəxəssis

Departament
Tərəfdaşlarla iş və kommunikasiyalar
Şöbə
Rəqəmsal kommunikasiyalar şöbəsi

14.09.2022

09.10.2022

Vakansiya haqqında məlumat

"Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Tərəfdaşlarla iş və kommunikasiyalar departamentinin Rəqəmsal kommunikasiyalar şöbəsinə Kommunikasiyalar üzrə mütəxəssis vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Rəqəmsal kommunikasiyalar komandasına mütəxəssis axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

Vəzifə funksiyaları

Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi

Mətbuat və ictimai məlumat sorğularını cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi

Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi

Media məsələlərinin idarəsində dəstək göstərilməsi

Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması

Mərkəzin rəsmi veb-saytının və digər kommunikasiya kanallarının idarə edilməsi

Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi

Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi

Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla, Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materiallarının hazırlanmasında dəstək göstərilməsi

Mətbuatın gündəlik izlənilməsi

Kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması

TƏLƏB OLUNUR: 

Peşəkar bacarıqlara dair tələblər:

Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;

Güclü kommunikasiya və təqdimat bacarığı;

MS Windows, MS Office, Internet - yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);

Dil bilikləri:

Azərbaycan dili (yüksək səviyyədə)

İngilis dili (yüksək səviyyədə)

Rus dili (üstünlükdür)

İş təcrübəsi:

Media ilə iş, jurnalistika və kommunikasiya sahəsində minimum 3-5 il iş təcrübəsi;

Davranış bacarıqları:

Stressin idarəedilməsi

Təşəbbüskarlıq

Məsuliyyətlilik

Komandada işləmək bacarığı

Planlama və təşkiletmə

Aktiv öyrənmə bacarığı

Vaxtın idarəedilməsi

Problem analiz etmə

Təhsil və ixtisas tələbləri:

Ali təhsil 

BİZ TƏKLİF EDİRİK:

Rəqabətə davamlı əmək haqqı

Performansa görə mükafatlandırma

Zəngin təcrübə və peşəkar inkişaf

Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat

Mehriban və inklüziv mühit


“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs (bundan sonra - Mərkəz) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik. 

Səmərəlilik bütün planlarımızın məqsədidir

İnnovasiyalar bizi daha da gücləndirir

Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

Siz yox “Biz” prinsipi ilə çalışırıq

Ortaq məqsədləri paylaşırıq

Təvəzökarlıq komandamızı irəliyə aparır

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!


Qeyd: 

Yalnız yuxarıda qeyd olunan bütün tələblərə cavab verən şəxslərin müraciət etməsi xahiş olunur.