Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

““e-Satınalma” ”


“e-Satınalma” sistemi nədir və həyatınızı necə asanlaşdırır?

“e-Satınalma” yerli mikro, kiçik və orta sahibkarlıq subyektlərinin Azərbaycanda keçirilən satınalmalarda iştirakını təmin etməklə, onların fəaliyyətinin sürətləndirilməsinə zəmin yaradan sistemdir.

“e-Satınalma” sistemi yaranmazdan öncəki problemlər:

• zaman itkisi

• maddi resursların israfı

• şəffaflıq problemi

“e-Satınalma” sistemi sayəsində əldə edilən üstünlüklər:

• dövlət satınalmaları sahəsində şəffaflığın artırılması;

• sahibkarlar arasında dövlət satınalmalarına olan inamın daha da artması

• dövlət büdcəsinə qənaət edilməsi;

• yerli mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi

"e-Satınalma” sisteminin yaratdığı imkanlar:

• satınalma elanlarının və təkliflərin elektron formada verilməsi;

• virtual iclasların keçirilməsi;

• müqavilələrin portala əlavə edilərək ictimaiyyətə açıq olması;

• iştirak haqqı ödənişlərinin onlayn rejimdə həyata keçirilməsi;

• satınalma nəticələrinin avtomatik rejimdə müəyyən edilməsi və qərarın bir bank günü ərzində qəbul edilməsi;

Portal informativ və interaktiv olmaqla 2 hissədən ibarətdir.

Portalın informativ hissəsi hər kəs üçün açıqdır və bu hissəyə keçid üçün www.etender.gov.az veb-saytına daxil olmaq lazımdır. Veb-saytın informativ hissəsində istifadəçilər dövlət satınalmaları ilə bağlı hüquqi sənədlər, illik satınalma planları, müsabiqələr, bildirişlər, müqavilələr və tez-tez verilən suallarla bağlı məlumat əldə edə bilərlər.

Portalın interaktiv hissəsinə giriş “ASAN Login” sistemi üzərindən və ASAN/elektron imza vasitəsilə mümkündür. Sahibkarlar elektron satınalmada iştirak etmək üçün portalın interaktiv hissəsinə daxil olduqdan sonra seçdikləri müsabiqədə iştirak etmək və şərtlər toplusunu əldə etmək üçün portala inteqrasiya olunmuş “ASAN ödəniş” sistemi vasitəsilə iştirak haqqı ödənişi edirlər. Daha sonra isə müsabiqə üzrə tələb olunan sənədlər, texniki və kommersiya zərfləri portal üzərindən təqdim olunur.

Dövlət satınalmalarının vahid internet portalı 2018-ci ilin 28 dekabr 454 nömrəli Fərmanına əsasən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən yaradılmışdır.