Azərbaycan dili
Çağrı Mərkəzi

“e-Lisenziya”

2018-ci ildə, texniki cəhətdən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən ərsəyə gətirilən “Lisenziyalar və icazələr” portalının məqsədi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etməkdən ibarətdir.

Təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxs, xarici hüquqi şəxsin filial və nümayəndəliyi, fərdi sahibkar, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin istifadəsində olan portalın 24 saat müraciət imkanı, vaxta qənaət, rahatlığın təmin edilməsi və bürokratik proseslərin aradan qaldırılması kimi bir çox üstünlükləri mövcuddur.

Lisenziyalaşdırma fəaliyyətində bürokratik əngəllərin aradan qaldırılması, vətəndaşla məmur əlaqələrinin fiziki görüş mühitindən elektron mühitə keçirilməsi, lisenziyanın alınması üçün sərf olunan vaxtın minumuma endirilməsi, prosedurların sadələşdirilməsi və lisenziya haqqında məlumatların birbaşa sistem üzərindən alınması imkanlarını təmin edən portal vətəndaşlar ilə yanaşı biznes mühitinə də öz müsbət təsirini göstərməkdədir.