Azərbaycan dili
Çağrı Mərkəzi

“e-Agro”

Texniki cəhətədən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən ərsəyə gətirilən e-Agro və ya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mər¬hələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir. Bu layihə kənd təsərrüfatının zamanla bütün sahələrini əhatə etməklə yanaşı, daxili və xarici sistemləri ilə inteqrasiya imkanlarının genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulmasına, proseslərin tamamlanmasına, analizlərin aparılmasına, müasir texniki həllərin tətbiqinə, dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır.

Elektron Kənd Təssərrüfatı İnformasiya Sistemində kənd təsərrüfatı proseslərinin düzgün həyata keçirilməsi və inkişafını təmin etmək üçün nəzarət mexanizmlərinin qurulması, habelə real vaxt rejimində proseslərin izlənilməsi imkanları mövcuddur.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fermer təsərrüfatlarının qeydiyyatı ilkin olaraq Quba rayonu üzrə aparılmışdır. Hal-hazırda isə qeydiyyat prosesi Respublikanın digər bölgələrində də davam etdirilir və 2019-cu ilin iyun ayının ortalarına olan statistikaya əsasən 320 mindən çox fermer portalda qeydiyyatdan keçib.