Çağrı Mərkəzi

“ADRA İcazələr sistemi”

Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən texniki cəhətdən ərsəyə gətirilən Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi, açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin verilməsi və nəzarətin həyata keçirilməsi proseslərinin elektronlaşmasına, həmçinin bu proseslərin daha operativ və şəffaf həyata keçirilməsinə xidmət edir.

Artıq reklam yayıcıları açıq məkanda reklam yerləşdirmək üçün, olduqları yerdən ayrılmadan, ADRA İcazələr sisteminə daxil olaraq, özləri üçün kabinet yarada, həmin kabinetdə müraciət formalaşdıraraq onu razılaşdırmaq üçün ADRA-ya təqdim edə bilirlər. “İcazələr” sistemi üzərindən qeydiyyat, icazə üçün müraciətin göndərilməsi, icazə üçün tələb olunan məlumatların daxil edilməsi, ödənişin aparılması və s. proseslər asanlıqla həyata keçirilir.

Sistemə “ASAN Login” vahid giriş sistemi üzərindən daxil olunur. Həmçinin, Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminin, vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına interqasiyası da həyata keçirilib.

İcazələr sistemi “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli №1743 Fərmanına əsasən yaradılıb.

Sistemdən istifadə qaydaları ilə video təlimatda tanış ola bilərsiz: